Azərbaycan Türkiyə müdafiə nazirinin müavinini medalla təltif edib

Türkiyə milli müdafiə nazirinin müavini Şuay Alpay “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Medalı fevralın 27-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Ş.Alpaya təqdim edib.
Qeyd edək ki, Türkiyə milli müdafiə nazirinin müavini Şuay Alpay Bakıda səfərdədir. O, Z.Həsənovla görüşüb.