Rəsulzadənin məzarı təmir olunur - Səfirlikdən açıqlama verildi

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinin qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır.

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi dövlət başçısının Sərəncamını əsas tutaraq görkəmli ictimai-siyasi xadimin Ankara şəhərindəki Cəbəci Əsri məzarlığında yerləşən məzarının abadlaşdırılmasına başlamışdır.Bu barədədə məlumatı " Sherg.az "  Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki səfirliyinin rəsmi sosial media hesablarına istinadən xəbər verir. 
Həyata keçirilən fəaliyyət Türkiyənin müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə həyata keçirilir və M.Ə.Rəsulzadənin vəfat ildönümü olan 6 mart tarixinə qədər yekunlaşması nəzərdə tutulur.