Stoltenberq: Ermənistan-Ukrayna həmrəyliyindən məmnunam

NATO-nun baş katibi Stoltenberq İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Sherg.az xəbər verir ki, Paşinyan və Stoltenberq mətbuat konfransında jurnalistlərə danışıblar.

Mətbuat konfransı zamanı Stoltenberq Ermənistan və Ukrayna arasında həmrəylik və əməkdaşlıqdan məmnun olduğunu bildirib.

Ermənistan Rusiyanın müttəfiqi olsa da, son illərdə Moskva ilə münasibətləri pisləşməkdə davam edir.

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün bəyan edib ki,  sərhəd kəndləri qaytarmasalar , həftə sonu Azərbaycan müharibəyə başlayacaq.

Azərbaycan ayın əvvəlində Ermənistanın nəzarətində olan 4 kəndin geri qaytarılmasını tələb edir.