Məzarı açanlar şoka düşdü: Dərisi yumşaq və isti idi

Öləcəyini duydu və vəsiyyət etdi!
 
 75 il məzarda oturaq vəziyyətdə, dərisi çürüməmiş halda qalan meyit görənləri heyrətə salıb. 
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, görənləri heyrətə salan məzar buddist rahib Daşi Dorzho İtigilova məxsusdur. Daşi Dorzho Buryatiyada (Rusiya Federasiyası) anadan olub. 16 yaşında yetim qalıb. Buddist məbədində yaşamağa və buddizm təlimini öyrənməyə başlayıb. 1911-ci ildə daha bir neçə rahiblə birlikdə Hambo Lama – bölgənin dini lideri olmağa namizəd göstərilib. Fəxri titul aldıqdan sonra buddizm etiqadını gücləndirərək dinin fərqli məzhəblərini birləşdirməyə çalışıb. Tələbələri onu çox sevib, dərin hörmət bəsləyib. 1927-ci ildə tələbələrinə təlim keçərkən bunun sonuncu dərs olacağını hiss edib. Və bunu tələbələrinə söyləyib. Vəsiyyətini də onlara bildirib. Rahib vəsiyyət edib ki, hansı vəziyyətdə canını tapşırsa, o şəkildə də dəfn edilsin, məzarı 30 il sonra açılsın. Rahib ölümündən bir neçə dəqiqə əvvəl “lotus” oturuş tərzi alıb və bu vəziyyətdə də vəfat edib. “Lotus” tərzi Buddanın rəmzidir (Lotus çiçəyi ruhun yenidən doğuşu və inkişafı ilə əlaqədardır. Bu, mənəvi böyüməni və həyatın maneələrindən yuxarı qalxma qabiliyyətini simvollaşdırır). II Dünya müharibəsindən sonra İ.Stalin buddistlərə Buryatoya yaxınlığındakı bir vadidə məbəd inşa etməyə icazə verib. İtigilovun tələbələri isə müəllimlərinin vəsiyyətini unutmayıb və 30 il sonra əvvəlki məbədlərinin yerləşdiyi əraziyə qayıdaraq rahibin məzarını açıblar. Və gördükləri qarşısında heyrətə düşdülər. Rahib İtigilov 30 il əvvəl məzara necə qoyulmuşdusa, eləcə də qalırdı. Dərisi demək olar, heç dəyişməmişdi. Yumşaq və isti idi. Tələbələr nə edəcəklərini bilməyib. Tələbələrdən biri təklif edib ki, müəllimin nəşini duzlayaraq gizli bir məzara gömsünlər. Çünki rahibin nəşini məbədə aparmağa onlara icazə verilməyəcəyini biliblər. Tələbələr müəllimi yenidən dəfn edib. 75 il sonra Agvan Dorziyev adlı bir keşiş, İtiligovun hekayəsini duyaraq təsirlənib. İtiligovun məzarından çıxarılmasına şahidlik etmiş 88 yaşlı  buddist rahibi taparaq ondan məzarın yerini öyrənib.  Ölümündən tam 75 il sonra məzarı təkrar açılıb və yenə hamını heyrətə salıb: rahibin nəşi yenə olduğu kimi qalırdı. Oturaq vəziyyətdə, dərisinin rəngi çox da dəyişməmiş, isti və yumşaq. Bu dəfə isə rahibin nəşi buddist məbədinin təhlükəsiz bir hissəsinə gömülüb. Dini lider Hambo Lama Ayuşeyev isə “bu, mənim üçün həyatda gerçəkləşə bilən ən böyük möcüzədir. Belə görünür ki, üzərində zamanın heç bir söz sahibi olmadığı olaylar yaşana bilir", söyləyib.