Nazir müavini: COP29 Azərbaycanın iqlim dəyişmələri istiqamətində əməli işlər gördüyünü göstərir

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 bu il Azərbaycanda keçiriləcək. Bu onu göstərir ki, beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi dövlətimiz iqlim dəyişmələri ilə bağlı qlobal məsələlərin həllinə böyük önəm verir və bu istiqamətdə əməli işlər görür.
APA xəbər verir ki, bunu “2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrası üzrə Hökumət-BMT Birgə İstiqamətləndirici Komitənin iclasında ekologiya və təbii sərvətlər nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Əlaqələndirmə Şurasının üzvü, Ətraf mühit və iqlim dəyişikliyi - IV Nəticə Qrupunun həmsədri Rauf Hacıyev deyib.
"İnanıram ki, BMT ilə müxtəlif istiqamətlərdə, o cümlədən COP29-a hazırlıq, ətraf mühit və iqlim dəyişikliyi nəticə qrupunun fəaliyyəti çərçivəsində əməkdaşlığımız uğurla davam edərək, qarşıya qoyulmuş hədəflərə nail olunmasında xüsusi rol oynayacaq" – Rauf Hacıyev qeyd edib.