Xırdalanda avtomobil təmiri sexində yanğın olub

Abşeron rayonunda yerləşən sexdə yanğın hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Xırdalan qəsəbəsi, Heydər Əliyev prospektində yerləşən avtomobil təmiri sexində qeydə alınıb.

Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.