ABŞ-nin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

ABŞ-nin Rusiyadakı müvəqqəti işlər vəkili Culi Fişer bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

APA-nın RİA “Novosti”yə istinadən xəbərinə görə, bu barədə Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, diplomata ABŞ-dən olan jurnalistlərin Rusiya tərəfini məlumatlandırmadan Kursk vilayətinin ərazisinə qanunsuz daxil olması və oradakı fəaliyyəti ilə bağlı etiraz bildirilib.

Səfirin diqqətinə Rusiya sərhədini qanunsuz keçən əcnəbi muzdluların bu ölkənin hərbçiləri üçün aşkar hədəf olduğu da çatdırılıb.