Naxçıvanda ot bağlaması və avtomobilin yük hissəsi yanıb

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Babək rayonu Şıxmahmud kəndində "Qaz-53" markalı yük avtomobilin üzərində yığılan ot bağlamlarında yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.


APA-nın Naxçıvan bürosu xəbər verir ki, məlumatla əlaqədar dərhal Babək Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində 6035 kq ot bağlaması və avtomobilin yük hissəsi yanıb, şinləri və digər hissələri, həmçinin vətəndaşa məxsus 1 mərtəbəli fərdi yaşayış evi yanğından mühafizə olunub.