Erməni ordusunda “böyük” islahat: “Ura”dan imtina edir

Ermənistan Silahlı Qüvvələrinin yeni daxili xidmət nizamnaməsi olacaq. Müvafiq qanun layihəsi hazırlıq mərhələsindədir.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyindən “Sputnik Ermənistan”a verilən açıqlamada bildirilib.
Qeyd olunub ki, yeni nizamnamə orduda ümumi islahatlar çərçivəsində həyata keçiriləcək.
Nazirlikdən bildirilib ki, nizamnamənin son variantı hələ hazır deyil, lakin bəzi detallar artıq məlumdur.
“Xüsusilə, komandirin şəxsi heyəti təbrik etdiyi vəziyyətlərdə “Ura!” təntənəli nidasının “Yaşasın!”a dəyişdirilməsini nəzərdə tutulur. Bu, sovet ordusundan miras qalmışdı, lakin indi onu ləğv etmək qərara alınıb”, - məlumatda qeyd olunub.