Paşinyan ermənilərin Qarabağda qalmamasının səbəbini açıqlayıb

Qarabağdakı özünü ləğv etmiş keçmiş separatçı rejimin rəsmi Bakı ilə danışmaq imkanı olsa da dialoqdan imtina edib.

APA Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışında deyib.

"Qarabağ ermənilərinin Avropa platformalarında Azərbaycanla dialoq başlamaq imkanı var idi, ancaq onlara qadağa qoyulduğu üçün bunu etmədilər. Və bunu qadağan edən mən deyildim. Bunu mən edə bilməzdim və etməzdim də".