İqtisadiyyat naziri Mikayıl Cabbarov Slovakiyada səfərdədir

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Slovakiyaya səfər edib. 

Bu barədə nazir “X” sosial hesabında paylaşım edib.

“Slovakiyaya səfərimiz zamanı bu ölkənin Baş naziri Robert Fitsonun qəbulunda olduq. Azərbaycan-Slovakiya iqtisadi münasibətlərinin gücləndirilməsinin, enerji, ticarət, investisiya sahələrində əməkdaşlığın təşviqinin əhəmiyyəti vurğulandı və birgə layihələrin reallaşdırılması imkanları nəzərdən keçirildi”, - nazir qeyd edib.