HƏMAS liderinin üç oğlu və nəvələri Qəzzada həlak olub

HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmail Haniyənin üç oğlu Qəzzaya endirilən zərbə nəticəsində həyatını itirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı İ.Haniyə “Əl-Cəzirə” telekanalına müsahibəsində açıqlayıb. 

Onun sözlərinə görə, zərbə nəticəsində Hazem, Əmir və Məhəmməd adlı oğulları ilə yanaşı, bir neçə nəvəsi də həlak olub. 

Telekanal zərbənin regionun şimal-şərqində yerləşən Şati qaçqın düşərgəsinə endirildiyini iddia edib.