Azərbaycan və Tacikistan XİN başçıları görüşüb


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfəri çərçivəsində Tacikistan xarici işlər naziri Sirojiddin Muhriddin ilə görüşüb.

"Sherg.az" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər nazirliyinin "X" hesabında məlumat paylaşılıb.