Çingiz Abdullayevin səhhəti ilə bağlı vəziyyət açıqlanıb

Xalq yazıçısı Çingiz Abdullayevin müalicəsi xəstəxanada davam etdirilir, vəziyyəti stabildir.
Bunu APA-ya açıqlamasında yazıçının qələm dostu Xalq yazıçısı Natiq Rəsulzadə deyib.
Onun sözlərinə görə, Çingiz Abdullayevin evə buraxılması, güman ki, gələn həftə baş tutacaq:
"Sözsüz ki, bununla bağlı qərarı həkimlər verə bilər. Mən ailəsi ilə danışmışam. Yaxşılaşır. Evə buraxılmasını, dediyim kimi, hesab edirəm, növbəti həftə ola bilər".