Hakan Fidan BMT baş katibi ilə Kipri müzakirə edib

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş ilə telefon danışığı aparıb.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-dən diplomatik mənbələr bildirib.
Qeyd olunub ki, danışıq zamanı regionda baş verən son hadisələr və Qəzzadakı vəziyyət müzakirə edilib.
Bundan əlavə, Kipr məsələsi və Qara dənizdə naviqasiya təhlükəsizliyi də qiymətləndirilib.