Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.

APA xəbər verir ki, əvvəlcə mərhumla evində və Göy məsciddə vida mərasimi keçirilib.

Mərasimdən sonra cənazə "Qurd qapısı" qəbiristanlığına aparılaraq torpağa tapşırılıb.

***

15.23

Əməkdar artist Cavanşir Məmmədov bu gün "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Bu barədə APA-nın müxbiri xəbər verib.