
Parlamentari: Demokratiyadan dəm vuran AP dünyada anti-demokratik qurum olaraq tanıdılacaq
Yusif Nəzərli
14:12 30.05.2024
Dünya
626
Avropa Parlamentində növbəti rüşvət qalmaqalı yaşanır.
Belçika polisi Avropa Parlamentinin ofisində “Russiagate” işi ilə bağlı axtarış aparır.
Avropa Parlamentinin deputatlarına Rusiya təbliğatının “Avropanın səsi” saytı vasitəsilə irəlilədilməsinə görə rüşvət verildiyi hesab edilir.
"Avropa Parlamentinin müvafiq əməkdaşının bunda mühüm rol oynadığına dair əlamətlər var”, - deyə Belçika hüquq-mühafizə orqanları bildirib.
Avropa Parlamentinin sözçüsü davam edən təhqiqatla bağlı şərh verməkdən imtina edib.
Mövzu ilə bağlı “Sherg.az”a danışan Millət vəkili Arzu Nağıyev vurğulayıb ki, Avropa Parlamentində rüşvət və korrupsiya halları ilə bağlı mütəmadi olaraq cinayət işləri qaldırılır:

“Eyni zamanda, orada təmsil olunan bir sıra dövlətlərin deputatları barədə həbs qətimkan tədbirləri həyata keçirilir. Sözügedən məsələ ilə bağlı Brüsseldən alınan məlumatlara görə bir deputatın köməkçisi haqqında cinayət işi qaldırılıb. Avropa Parlamenti demokratiyadan və korrupsiyaya qarşı mübarizədən danışsa da, həmin hadisələr özlərində baş alıb gedir. Bunların hamısı Avropanın hansı demokratik istiqamətdə addım atdığının göstəricisidir. 6-9 iyun tarixlərində Avropa Parlamentinə seçkilər keçiriləcək. Həmin seçkilər zamanı müxtəlif dövlətlərdən ibarət 720 deputat seçiləcək. Ayrı-ayrı ölkələrin nümayəndələri olan deputatlar arasında müxtəlif zamanlarda cinayət məsuliyyətinə cəlb olunan şəxslərin olma ehtimalı da var. Çünki bu məsələ elə bir vəziyyət alıb ki, artıq korrupsiya faktları ilə əlaqədar müxtəlif dövlətləri günahlandırırlar. Həmin ölkələrdən biri də Rusiyadır. Rusiyanı Avropa Parlamentində öz nüfuzunu artırmaq üçün gələcək deputatlara və köməkçilərinə rüşvət verməklə bağlı xəbərlər yayılır. Rusiya da təbii ki, sözügedən xəbərləri təkzib edir. Amma əsas məsələ ondan ibarətdir ki, Avropa Parlamentində korrupsiya halları mütəmadi olaraq var. Eyni zamanda, burada erməni izinin olması da araşdırılır. Çünki erməni lobbisinin də Avropa Parlamentində nüfuzunu artırmaq üçün müxtəlif deputatlara rüşvət verdiyi fikirləri mövcuddur. Bu mövzular ciddi şəkildə araşdırılmalı və ictimaiyyətə məlumat verilməlidir. Avropa Parlamentinin özü-özünə qiymət verməlidir. Əks halda demokratiyadan dəm vuran Avropa Parlamenti anti-demokratik qurum olaraq dünyada tanıdılacaq”.
Xatırladaq ki, Avropa Parlamentində rüşvət və korrupsiya skandalları artıq adət halını alıb.
2022-ci ildə Avropa Parlamentinin vitse-prezidenti, yunan deputat Eva Kayli və daha 3 nəfərin Qətərdən rüşvət almaları faktı məlum olmuşdu.
Bu qalmaqallarda erməni lobbisi, xüsusən Brüsseldə yaşayan erməni iş adamı Kaspar Karapetyanın aktiv rol oynadığı da məlumdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat