Mobil telefonda oyun izlədi -Sinif yoldaşını bıçaqladı
Yusif Sultanoğlu
09:23 11.06.2024
Dünya
828
Smartfonlarda geniş yayılmış və yeniyetmələr arasında populyarlıq qazanan oyun - "Yandere Simulyator" səbəbindən məktəblərin birində dəhşət yaşanıb.
“Sherg.az”“NTV,com.tr”yə istinadən bildirir ki, İstanbulun Beşiktaş səmtindəki məktəblərin birində 7-ci sinif şagirdi qız, sinif yoldaşının üzünə bibər qazı sıxıb, sonra da onu bıçaqlayıb. Tədqiqat zamanı məlum olub ki, sinif yoldaşını bıçaqlayan qız mobil telefonda “Yandere Simulyator” oyununa çox aludə olub, müntəzəm bu oyunu izləyib. Oyunun təsiri altında da sinif yoldaşını bıçaqlayıb. “Yandere Simulyator” oyunu hazırda mobil telefonlarda geniş yayılıb, əsasən də yeniyetmələr tərəfindən oynanılır. “Yandere Simulyator” yapon şirkəti “YanderDev” tərəfindən yayımlanan gizli aksiyon-video oyunudur. Oyunun “baş qəhrəmanı” məktəbli qızdır. O, bir nəfərə aşıqdir. Onu əldə etmək üçün rəqiblərini müxtəlif yollarla tələyə salaraq bir-bir sıradan çıxarır. “Baş qəhrəman”ın adı “Ayano Aishi”dir. Ona “Yandere-chan” da deyilir. Yapon dilində "yandere", sevdiyi insanı əldə etmək üçün hər şey edə biləcək, lazım gələrsə, hər kəsi öldürə biləcək xarakterli adamlar haqqında deyilən ifadədir. 7-ci sinif şagirdinin bu oyundan təsirləndiyi bildirilib. “Sabah” qəzetinin yazarı Yunus Emre Kavakın xəbərinə görə, qız sinif yoldaşının əvvəlcə evinə gedb, onu parka çağırıb. Və ona “sabah məktəbdə səninlə görüşərik”, deyib. Ertəsi gün də məktəbdə əvvəlcə sinif yoldaşının üzünə bibər qazı sıxıb, sonra da evdən götürdüyü bıçaqla onu bıçıqlayıb. Bıçaqlanan məktəbli xəstəxanaya aparılıb, onun ağ ciyərinin zədələndiyi məlum olub. Məktəb müdiriyyətinə şagirdlərlə söhbət aparmaq, zərərli oyunlar izləməyin hansı faciələrə səbəb olduğunu anlatmaq tapşırığı verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan ilə Banqladeş arasında viza rejimi sadələşdirilir
00:18 23.09.2026
Siyasət
Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü
23:57 22.09.2026
Aktual
Ərdoğandan Fələstini tanımayan ölkələrə çağırış...
22:58 22.09.2026
Dünya
Zelenski və Tramp Nyu-Yorkda görüşdü
22:15 22.09.2026
Gündəm
Yalçın Rəfiyev BMT Baş Assambleyasında çıxış etdi
22:02 22.09.2026
Siyasət
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm