Ağdaşda əməliyyat: 67 yaşlı kişi saxlanıldı
Ağdaşda əməliyyat: 67 yaşlı kişi saxlanıldı
Yusif Sultanoğlu
05:22 13.06.2024
Hadisə
346
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 67 yaşlı Zülfi Atakişiyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, onun yaşadığı Ağcaqovaq kəndində əkdiyi, ümumi çəkisi 26 kiloqram olan 137 ədəd çətənə kolu aşkar edilib.
Saxlanılan şəxs narkotik tərkibli bitkiləri fevral ayında əkdiyini və xüsusi qulluq göstərdiyini bildirib.
Z.Atakişiyev çətənə kollarının kənardan görsənməməsi üçün həmin ərazinin kənarında əvvəlcə qamış becərib. Məhkəmənin qərarı ilə Z.Atakişiyev barəsində həbs qətimkan tədbiri seçilib.
Keçirilən digər tədbirlərlə rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan və narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən daha 11 nəfər saxlanılıb. Onlardan marixuana və çətənə kolları aşkar edilib.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski və Tramp Nyu-Yorkda görüşdü
22:15 22.09.2026
Gündəm
Yalçın Rəfiyev BMT Baş Assambleyasında çıxış etdi
22:02 22.09.2026
Siyasət
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm