Ermənistanda eks-prezidentin ikili vətəndaşlığı ilə bağlı cinayət işi davam etdirilir
Yusif Nəzərli
06:37 13.06.2024
Dünya
336
Ermənistanın İstintaq Komitəsi keçmiş prezident Armen Sarkisyana qarşı açılmış cinayət işi üzrə istintaqın gedişi barədə məlumatları ictimailəşdirməkdən imtina edib.
APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, komitədən bildirilib ki, istintaq sirri olduğundan bu işlə bağlı informasiya geniş kütləyə açıqlana bilməz.
Qurum həmçinin A. Sarkisyanın hazırda yaşadığı yerlə bağlı sualı da cavabsız qoyub.
Ötən ilin əvvəlindən keçmiş prezidentin ikili vətəndaşlığı olduğu halda bu vəzifəyə təsdiqlənməsi epizodu üzrə cinayət işi açılıb. Hazırda bu iş üzrə istintaqı Ermənistanın İstintaq Komitəsi aparır.
Qeyd edək ki, 2022-ci ilin yanvarında vəzifəsindən istefa verən 70 yaşlı A. Sarkisyan Karib dənizinin şərqində yerləşən Sent Kis və Levis dövlətinin vətəndaşlığını 500 min dollar investisiya müqabilində alıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski və Tramp Nyu-Yorkda görüşdü
22:15 22.09.2026
Gündəm
Yalçın Rəfiyev BMT Baş Assambleyasında çıxış etdi
22:02 22.09.2026
Siyasət
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm