
Ekspert: Valideynlər son zənglə bağlı övladlarını tənbeh etməlidirlər
13:02 13.06.2024
Sosial
510
Daxili İşlər Nazirliyi “Son zəng” tədbirləri ilə bağlı valideynlərə müraciət edib.
DİN-in Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə bildirilib ki, respublikamızda “Son zəng” tədbirlərinin təhlükəsiz şəraitdə keçirilməsi üçün polis əməkdaşları tərəfindən bütün zəruri tədbirlər görüləcək.
Qeyd olunub ki, tədbirlərin keçirildiyi təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə naryad qruplarının sayı artırılmaqla, iştirakçıların təhlükəsizliyi, məzunların avtomobillərlə hərəkəti ilə bağlı ictimai qaydaya nəzarətin gücləndirilməsi nəzərdə tutulub:
"Bütün məzunları əlamətdar gün münasibətilə təbrik edir, onları ictimai davranış qaydalarına ciddi əməl etməyə çağırırıq. Valideynlərdən xahiş edirik ki, sürücülük hüququ olmayan övladlarına avtomobil verməsinlər.
Avtomobil yollarında hərəkətin təhlükəsizliyi DYP əməkdaşları tərəfindən mühafizə olunacaq, süni sıxlığın yaranmaması üçün dayanma-durma və parklanma tələblərinə əməl etməyən şəxslər barəsində tədbirlər görüləcək".
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri "Sherg.az"a bildirib ki, uzun illərdi ki, son zəng tədbiri əlamətdar gün kimi səciyyələndirilsə də məyus edici nəticələr ilə yadda qalıb:

“Sosial şəbəkələrdə sabahkı gün ilə bağlı bir neçə xəbərdaredici statuslar oxumuşam. Elm və Təhsil Nazirliyi, Daxili işlər Nazirliyi də son zəng günü ictimai asayişin pozulmamasına və neqativ hallara yol verilməməsinə görə bacardıqlarını edirlər. 11-ci sinifi bitirən şəxslərdə müəyyən bir özündən xəbərsizlik halları baş verir. Həmin məqamda nə istəsə edə biləcəyini və bu günün məhz onun üçün var olduğunu düşünür. Sıradan təqvimin bir günüdür. İnsanın təhsil həyatı məktəblə yekunlaşmır. Sadəcə onun bir pilləsi bitir. Bunu bayram səviyyəsində təmtəraqlı qeyd etməklə razı deyiləm. Məktəb rəhbərliyindən, 18 yaşına qədər şagirdləri müşahidə edən müəllimlərin halallığını və xeyir duasını almaq lazımdır. Gərək valideynlər övladları ilə ciddi şəkildə söhbətləşərək sabahkı gün ilə bağlı onları xəbərdar etsinlər. Müəyyən bir neqativ hallara yol verməmələrinə, hansısa bir problemin iştirakçısı və səbəbkarı olmamalarına səsləsinlər. Əgər özəl gündürsə, o zaman onu müsbət çalarla yola salsınlar. Onlar sanki özlərini müstəqil həyata atılmış, bundan sonra hər bir seçimdə azaddırlar prinsipi ilə həmin günü bu azadlığın başlanğıcı hesab edirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski və Tramp Nyu-Yorkda görüşdü
22:15 22.09.2026
Gündəm
Yalçın Rəfiyev BMT Baş Assambleyasında çıxış etdi
22:02 22.09.2026
Siyasət
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm