Bakıda Qlobal Sammit keçirilir:“Sağlam Gələcəklərin Proqnozlaşdırılması”
Yusif Nəzərli
07:04 18.06.2024
Gündəm
341
İyunun 18-də Bakıda “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammiti başlayıb.
AZƏRTAC xəbər verir ki, iyunun 20-dək davam edəcək sammitin məqsədi iqlim dəyişikliyi və onun insan sağlamlığına təsirlərini müzakirə etmək üçün iqlim və səhiyyə icmalarını bir araya toplamaq, eləcə də, “məlumatlılıqdan fəaliyyətə” birlikdə hərəkət etmək imkanları və strategiyalarını müəyyən etməkdir.
Tədbirin açılışında “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” təşkilatlarının idarəedici direktoru Kelli Uillis, COP29-un baş danışıqçısı, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ətraf Mühit, İqlim Dəyişikliyi və Sağlamlıq Departamentinin direktoru Maria Neira və COP28-in baş direktoru Məcid Əl Süvaidi çıxış ediblər.
Həmçinin ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesusun tədbir iştirakçılarına video-müraciəti yayınlamıb.
“İqlim dəyişikliyi, ölümcül ekstremal temperaturdan tutmuş, nəfəs aldığımız havanın keyfiyyətinin pisləşməsi, getdikcə tez-tez baş verən daşqın hadisələrinə səbəb olmaqla və bunlarla əlaqəli yayılan malyariya, dang və vəba kimi iqlimə həssas yoluxucu xəstəliklərin artmasına gətirib çıxarmaqla insan sağlamlığına ciddi zərər yetirməkdədir. Bu sammit, sağlamlıq və iqlim sektorları üzrə mütəxəssislərin əməkdaşlığı ilə iqlim dəyişikliyinin səbəb olduğu səhiyyə preblemlərinə həll yolları tapmaq üçün həyati bir fürsətdir”, - deyə “Malyariya son” (Malaria No More – təşkilat “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” konsorsiumuna ev sahibliyi edir) təşkilatının baş direktoru Martin Edlund qeyd edib. O bildirib ki, COP29-da iqlim siyasətində və maliyyələşdirmə danışıqlarında səhiyyəni mərkəzi planda nəzərə almaqla Azərbaycan on milyonlarla insanın həyatını xilas etməyə və dünyanın iqlim dəyişikliyinin təsirlərinə həssas bölgələrində yaşayan 3,3 milyard insanın sağlamlığını qorumağa kömək edə bilər.
Tədbir barədə danışarkən “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” təşkilatının idarəedici direktoru Kelli Uillis qeyd edib ki, sağlamlıq məsələlərinin iqlim diskursuna daxil edilməsi qlobal istiləşmənin təsirlərini daha doğru başa düşməyə kömək edir və siyasətçiləri iqlim dəyişikliyi sahəsində verdikləri qərarların insani təsirlərini daha çox nəzərə almağa təşviq edir.
“Sammit sağlamlığı qlobal istiləşmədən qorumaq üçün strategiyaları inkişaf etdirməyə kömək edəcək. Ümid edirik ki, o, həmçinin iqlim dəyişikliyi ilə mübarizədə işində yeni ambisiyalar yarada bilər. COP29-dan əvvəl Azərbaycanın dünyaya nümunə göstərmək və iqlim siyasətinin bütün aspektlərinə səhiyyənin daxil edilməsi istiqamətində irəliləyişə nail olmaq imkanı var”.
Tədbirin gedişatında BMT-nin İqlim Dəyişikliyi və Sağlamlıq üzrə Xüsusi elçisi Vanessa Kerri, UNFCCC-nin Hökumətlərarası Dəstək və Kollektiv Tərəqqi üzrə direktoru Cecilia Kinuthia-Njenga, “The Lancet Countdown”un icraçı direktoru Marina Romanello, “Malyariyaya Son” və “Sağlam Gələcəkləri Proqnozlaşdırılması” təşkilatlarının baş icraçı direktoru Martin Edlund və bir çox yüksək rütbəli məruzəçilərin çıxışı nəzərdə tutulub. Eləcə də, tədbirin sonuncu günündə COP28, COP29 və COP30 təmsilçiləri və ekspertkərin iştirakı ilə COP-a dair davamlılıq dialoqu baş tutacaq.
Qeyd edək ki, 2020-ci ildə iqlim dəyişikliyi və onun insan sağlamlığı üzərində yaratdığı pronlemlərə yeni həll yollarının tapılmasını sürətləndirmək üçün fəaliyyətə başlayan “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” təşəbbüsü, dünya miqyasında ən həssas icmalara diqqət yetirməklə, iqlim dəyişikliyi kontekstində qlobal sağlamlıq qazanclarını qorumağa və genişləndirməyə çalışır.
Sammit səhiyyə, iqlim və inkişaf sahələri üzrə qlobal liderləri bir araya gətirir və ötən COP28 çərçivəsində Abu Dabidə baş tutmuş analoji tədbirin uğuruna əsaslanır.
Budəfəki Qlobal Sammit özəl sektordan, QHT-lərdən, qlobal maliyyə institutlarından və ali təhsildən 200 təşkilatı və 44-dən çox ölkəni təmsil edən 270-ə yaxın liderdən ibarət müxtəlif qrupları bir araya gətirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm
Fitso AB-ni növbədənkənar sammitə çağırdı
18:37 22.09.2026
Gündəm
Danışa bilməyən xəstə beyin implantı ilə “Səni sevirəm” dedi
17:35 22.09.2026
Maraqlı
İran ABŞ blokadanı aradan qaldırsa, Hörmüzü 7 günə aça bilər
16:32 22.09.2026
Dünya
Xaçmazda oğurluq edən şəxs saxlanıldı
16:26 22.09.2026
Hadisə
Ukrayna ABŞ gəmilərini hədəfə aldı
16:22 22.09.2026
Dünya
Metronun bu stansiyalarına giriş sabahdan pulsuz olacaq
16:10 22.09.2026
İnfrastruktur
Türkiyədə heyrətamiz: Bir nəfər bankdan 45 milyard çıxartdı
15:43 22.09.2026
Hadisə
Bakıda marketlərdən bu məhsul yoxa çıxdı: Qiyməti artdı - FOTO
15:40 22.09.2026
Sosial