Bayden və Tramp qarşı-qarşıya gəldi: “ƏGƏR PREZİDENT olsaydım, Ukrayna işğal olunmazdı”

ABŞ-da noyabrda keçiriləcək seçkilərdən əvvəl Co Bayden və Donald Tramp arasında ilk televiziya debatı keçirilib.

Sherg.az xəbər verir ki, müzakirə saat yarım davam edib. Qaydalara görə, debatda birinci mərtəbəyə prezident Co Bayden çıxıb. Son sözü Donald Tramp deyib.

Tramp bildirib ki, ABŞ prezidenti Co Bayden Amerikanı üçüncü dünya müharibəsinə sürükləyir: “Biz III Dünya Müharibəsinə təsəvvür etdiyinizdən də çox yaxınıq. O, bizi III Dünya müharibəsinə sürükləyir. Heç kim ona hörmət etmir və qorxmur, o cümlədən Şimali Koreya lideri Kim Çen In, Çin lideri Xi və Rusiya lideri Putin. Onların heç biri bu bəyi vecinə almır, maraqlanmır. O, bizi III  Dünya Müharibəsinə aparır”. 

" Zelenskinin hər gələndə ABŞ-dan pul aparır"
 
Rusiya-Ukrayna müharibəsindən danışan Tramp “Putin Baydenə hörmət etsəydi, Ukraynanı işğal etməzdi” deyərək, Zelenskinin hər gələndə ABŞ-dan pul götürdüyünü deyib.

Tramp bildirib ki, ABŞ-ın Əfqanıstandan çıxarılmasının dəhşətli qeyri-mütəşəkkilliyi Rusiya prezidenti Putini Ukraynaya hücum etməyə təşviq edib. "Əgər bizim həqiqi prezidentimiz, hörmətli prezidentimiz olsaydı, Ukrayna heç vaxt işğal olunmazdı”, - Tramp deyib.

Tramp qeyd edib ki, prezidentliyi dövründə İran “sındırıldı” və indi hakimiyyətdə olsaydı HƏMAS heç vaxt İsrailə hücum etməzdi.

Zehni testlərdən problemsiz keçdiyini bildirən Tramp, “Bayden bilişsel testdən keçməlidir, 2 suala düzgün cavab verə bilmir” deyib. 

ABŞ-da qeyri-qanuni mühacir və qaçqınların cinayət törətdiyini bildirən Tramp, “Gənc qadınlar Baydenin sərhədi keçməsinə icazə verdiyi mühacirlər tərəfindən öldürülür. Bu qatillər ölkəmizə gəlir, qadınlarımızı zorlayır və öldürürlər" deyib.

Tramp vurğulayıb ki, Baydenin immiqrasiya siyasətləri nəticəsində ABŞ “siçovul yuvasına” çevrilib: “Biz indi sözün əsl mənasında sivilizasiyadan kənarda qalmış bir ölkəyik” deyib.

Baydenlə Trampın dueli zamanı prezident Baydenin sağlamlıqla bağlı müzakirələr zamanı dilini sürüşdürməsi və düzgün sözləri tapmaqda çətinlik çəkməsindən sonra Tramp söz alaraq deyib: “Sonunda nə dediyini başa düşə bilmədim. Onun nə danışdığının fərqində olduğunu düşünmürəm".

Trampın ona qarşı bir çox ittihamlarını rədd edən Demokrat prezident Co Bayden “Həyatımda bu qədər cəfəngiyat eşitməmişəm” deyib.

ABŞ-ın Ukraynaya hərbi yardımını da müdafiə edən Bayden bu yolla daha böyük bir müharibənin qarşısını aldıqlarını iddia edib.

İSRAİL SİYASƏTİNİ MÜDAFİƏ EDİB

ABŞ-ın İsrail siyasətini müdafiə edən prezident Bayden bildirib ki, ABŞ-ın müttəfiqi İsrailə dəstəyinə heç bir şübhə yoxdur.

ABŞ-ın İsrailə verməkdən imtina etdiyi yeganə şeyin bir tonluq dağıdıcı bombalar olduğunu iddia edən Bayden sözünə əlavə edib: “Yeri gəlmişkən, İran hərtərəfli ballistik raket hücumu həyata keçirəndə dünyanı İrana qarşı təşkil edən şəxs mən olmuşam. Biz İsraili xilas etdik. Biz İsrailə ən böyük dəstək mənbəsiyik".

Qəzzada müharibəni dayandırmaq üçün təklif etdiyi atəşkəs planını müdafiə edən Bayden, İsrailin baş naziri Binyamin Netanyahunun da bu atəşkəs planını qəbul etdiyini bildirib.

Bayden, "Müharibəni davam etdirmək istəyən yeganə tərəf HƏMASdır" deyib. Baydenin iddiası Tramp tərəfindən rədd edilib.

“İQTİSADİYYAT xaos içindədir”

Trampın vəzifədən getdiyi zaman Amerika iqtisadiyyatını xaos içində olduğunu deyən Bayden ölkə iqtisadiyyatını ayağa qaldırmaq üçün mübarizə apardığını bildirib.

"O gedəndə hər şey xaos içində idi. Biz işləri qaydasına saldıq".

TRAMP ARVADINA  XƏYANƏTDƏ SUÇLANDI

Müzakirələr zamanı Trampı həyat yoldaşı Melaniya Trampı aldatmaqda günahlandıran Bayden Trampa səslənərək deyib: “Siz ictimai yerlərdə qadınlara hücum etdiniz. Həyat yoldaşınız hamilə ikən  kino ulduzu ilə cinsi əlaqədə olmusunuz. Sizin mənəvi səviyyəniz sahibsiz pişiklə eyni səviyyədədir".

Tramp Baydenin ittihamlarını rədd edib.

Bayden və Tramp debat proqramının sonunda əl sıxmayıblar.

Debat 1960-cı ildən bəri ilk dəfə auditoriyasız keçirilib. Növbəti televiziya debatı sentyabrın 10-da keçiriləcək.

Donald Trampın həmkarları debatdan sevinclə ayrılaraq keçmiş prezidentin dueldən açıq-aşkar qalib gəldiyini iddia ediblər.

Televiziya duelindən sonra Atlantada tərəfdarlarına müraciət edən prezident Co Bayden partiya üzvləri tərəfindən “Daha dörd il” şüarları ilə qarşılanıb. "Debat proqramının qalibi" kimi səhnəyə dəvət edilən Bayden, Trampın proqram boyu yalan danışdığını iddia edib.

Digər tərəfdən, Baydenin proqramda zəif çıxış etdiyini iddia edən Demokrat Partiyasından bəzi analitiklər Baydenin yerinə yeni namizədin təyin edilməsi ilə bağlı çağırışlarını təkrarlayəblar.

Bayden və Tramp hələ partiyalarının rəsmi namizədi deyillər. Respublikaçılar Partiyasının iyulun ortalarında keçiriləcək qurultayda öz rəsmi namizədini müəyyənləşdirəcəyi, Demokrat Partiyasının namizədinin isə avqustda rəsmiləşəcəyi gözlənilir.