İranın yeni prezidenti kim olacaq? Bütün gözlər Türk həkimdə!

“Mən türkəm. Anam da, atam da türkdür. Türklüyümlə fəxr edirəm. Mən evdə uşaqlarımla türkcə danışıram, farsca yox”

İranda son anketlərdə öndə görünən həkim Mesut Pezeşkiyan “Türklüyimlə fəxr edirəm” deyir. Türk siyasətçi uğur qazanacağı təqdirdə İranın ilk türk prezidenti olacaq.

Sherg.az xəbər verir ki, İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə yeni dövrə qədəm qoyan İran bu gün seçki qutularının başındadır. Dini lider Əli Xamneyinin təsdiq etdiyi dörd namizəd prezident olmaq üçün mübarizə aparır.

88 milyon əhalisi olan ölkədə təxminən 62 milyon seçici var. Səsvermə yerli vaxtla saat 18.00-da başlanıb. Nəticələr haqqında ilk məlumatların gecə yarısı , yekun nəticələrin isə sabah açıqlanması gözlənilir.

Bu gün iranlılar islahatçı namizəd Məsud Pezeşkiana, mühafizəkar namizədlərdən Baqir Qalibaf, Səid Cəlili və Mustafa Purmuhammediyə səs verirlər.

Namizədlər birinci turda seçilmək üçün 50+1 faiz səs toplamalıdırlar. Birinci turda 50+1 faizdən çox səs toplayan namizəd olmazsa, ən çox səs toplayan iki ad ikinci tura keçəcək və iyulun 5-də yenidən səsvermə keçiriləcək.


Prezidentlik uğrunda mübarizə aparan dörd namizəd arasında bir ad diqqət çəkir: Məsud Pezeşkian. Azərbaycan türkü olan 70 yaşlı Məsud Pezeşkiyan ürək cərrahiyyəsi üzrə mütəxəssisdir. O, dörd il səhiyyə naziri vəzifəsində çalışıb.

Seçkilərə islahatçı qanadın yeganə rəsmi namizədi kimi daxil olan Pezeşkiyan son anketlərdə irəlidə görünür. İran Tələbələri Araşdırma Agentliyinin (ISPA) iyunun 26-da ölkə üzrə 3589 nəfərlə üzbəüz keçirdiyi ictimai rəy sorğusunda Pezeşkian 33,1 faiz səslə birinci olub. İkinci yerdə 28,8 faizlə mühafizəkar Səid Celili qərarlaşıb.

Sorğular göstərir ki, Məsud Pezeşkiyan türklərin, kürdlərin və bəlucların cəmləşdiyi bölgələrdə digər namizədlərdən daha çox səs toplayıb. Paytaxt Tehranda keçirilən konfransda danışan Məsud Pezeşkiyan, “Həyatımda səs almaq üçün heç vaxt yalan danışmamışam və heç vaxt yanlış şüar səsləndirməmişəm” deyib və əlavə edib:

"Mən haqqa və ədalətə inanıram. Qadın, məzhəb və etnik mənsubiyyətin hüquqları mənim üçün önəmlidir. Mənim üçün kişi, qadın, türk, kürd və ya bəluc fərqi yoxdur".

Pezeşkian qalib gəlsə, ilk dəfə İran türkü ölkə prezidenti olacaq.

Məsud Pezeşkian İranın Qərbi Azərbaycan vilayətinin əsasən sünni kürdlərin yaşadığı Mahabad şəhərində anadan olub. Namizədlik prosesində İran mediasına verdiyi müsahibədə o, aşağıdakı açıqlamaları verib:

“Mən türkəm. Anam da, atam da türkdür. Türklüyimlə fəxr edirəm. Mən evdə uşaqlarımla türkcə danışıram, farsca yox”.

Türk siyasətçi açıq sözlü olması ilə tanınır və dəfələrlə İrandakı siyasi atmosferi və korrupsiyanı tənqid edib.

O, İran hökumətinin 2022-ci ildə polis nəzarətində olan Məhsa Əmininin ölümü ilə bağlı mövqeyini ölümü ilə bağlı mövqeyini açıq şəkildə sorğulayıb: "Biz türklərin Nur Planı ilə bağlı bir deyimi var. Onun tərcüməsi "qaranlığa işıq deyirlər" deməkdir. Müdaxilələrlə baş örtüyü düzəltməyə çalışırıq. 40 ildir, amma biz bunu daha da pisləşdirmədikmi?. Bu plan bizi qaranlığa doğru çəkir” deyib.

1980-1988-ci illərdə İran-İraq müharibəsi zamanı orduda həkim işləyən Pezeşkiyan cəbhə xəttində xidmət edib. 1994-cü ildə həyat yoldaşını və bir uşağını yol qəzasında itirən siyasətçi qalan iki oğlu və qızını tək böyüdüb və bir daha ailə qurmayıb. Bu itki və fədakarlıq hekayəsi çoxlarının rəğbətini qazanıb.

REJİM ONA NECƏ İCAZƏ VERDİ?

Digər tərəfdən, daha əvvəl prezidentliyə namizədliyinə veto qoyulan Pezeşkiyana bu dəfə icazə verilməsi diqqət çəkir. Ekspertlər dəyərləndirir ki, islahatçı qanadın yeganə namizədi Pezeşkiyanın iştirakı seçki qutusuna soyuq münasibət bəsləyən İran xalqını səsverməyə sövq etməkdir. Çünki mart ayında keçirilən seçkilərdə fəallıq 41 faiz olaraq qaldı və rejimin legitimliyi müzakirə olunmağa başladı.

Pezeşkian bütün seçki prosesi boyunca həm sistem daxilində qalmağa, həm də rejimin rəqiblərini razı salmağa çalışıb. O, bir tərəfdən 22 yaşlı Məhsa Əmininin qətlindən sonra aylarla davam edən nümayişlərdə etirazçıların ağzından çıxan "Baraye" mahnısını seçki mahnısı kimi istifadə edib. Digər tərəfdən seçiləcəyi təqdirdə Rəis yolu ilə davam edəcəyini söyləyib.

Məsud Pezeşkian iddia edir ki, İrana qarşı beynəlxalq izolyasiyaya son qoyulmalıdır və xarici investisiyalar iqtisadi inkişaf üçün vacibdir. İranda heç bir xarici sərmayənin olmadığını bildirərək, onun iqtisadi uğursuzluğunu ölkənin siyasi təcrid olunması ilə əlaqələndirir.

Xarici siyasətdə dəyişiklik siqnalları verən Pezeşkian keçmiş xarici işlər naziri Cavad Zərifi özünün xarici siyasət üzrə müşaviri təyin edib. Şərq güclərinin özlərini İranın yeganə variantı hesab etməməli olduğunu iddia edərək, seçiləcəyi təqdirdə Rusiya ilə münasibətlərinə yenidən baxa biləcəyini bəyan edib.