UEFA Merih Dəmirala qarşı araşdırmaya başlayıb


UEFA Merih Dəmiralın Avstriya matçında qol sevincini qeyd etməsinə görə nalayiq davranış iddiası ilə bağlı araşdırma başlandığını açıqlayıb.

Sherg.az xəbər verir ki, Merih oyundan sonra verdiyi açıqlamada qol qeydindən belə danışıb:

"Türk olduğum üçün qürur duyuram, bunu hər dəfə deyirəm. Ona görə də qolu eyni şəkildə qeyd etdim. Tamamilə normaldır, türk azarkeşlərimiz də bizimlə fəxr edirlər. Ümid edirəm ki, bundan sonra da davam edəcəyik. Heç bir mesaj, flan yoxdur. Mən sadəcə nə qədər qürurlu və xoşbəxt olduğumu göstərmək istədim".