“Adamyeyənlər var, getmərəm”
19:10 12.07.2024
Gündəm
503
500 kəndlini özüylə apardı
Qaynaq ustası Mehmet Koç həmkəndlilərinin iş adamına dönməsinin səbəbkarıdır. Türkiyənin Kastamonu bölgəsinin Cide əyalətinin kiçik bir kəndi – Çamaltının iş adamlarının maraqlı hekayəsi var. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, Mehmet Koç 1953-cü ildə Çamaltı kəndində doğulub. Gənc yaşlarında İstanbula köçüb və orada qaynaqçı işləməyə başlayıb. Qaynaq ustası kimi tanındığından italyan firması onu işə dəvət edib. Daha sonra onu İtaliyaya işləməyə göndəriblər. Mehmet Koç 4 il İtaliyada çalışıb. Hərbi xidmət üçün Vətənə dönüb. Hərbi xidmətini başa vurduqdan sonra amerikan şirkətində işləməyə başlayıb. Şirkət onu Cənubi Amerikaya göndərmək istəyib. Amma Mehmet Koç ora getməkdən əvvəlcə çəkinib, “orada adamyeyənlər var, getmərəm”, deyib, təklifdən imtina edib. Sonra isə razılaşıb və Cənubi Afrikaya yola düşüb. İlk vaxtlar qaynaqçı işləyib. Zaman-zaman işinin əhatəsini genişləndirib, neft emalı firması qurub və həmkəndlilərini yanına çağırmağa başlayıb. 30 il ərzində kənddən 500 nəfər Mehmet Koçun çalışdığı əraziyə gəlib, onunla birlikdə işləməyə başlayıblar. Mehmet Koçun sayəsində kəndlilərin həyatı dəyişib. Maliyyələri artıb, bunun sayəsində öz kəndlərinə yatırım etməyə başlayıblar, kəndin iqtisadi gücü də artıb. Bəziləri var-dövlət sahibi olub kəndə dönüb, bəziləri isə işlərini böyüdərək şirkət sahibi olublar. Hətta Cənubi Afrikada evlənib ailə quranlar da olub. Çamaltı kəndi, xarici ölkələrdəki varlı, təminatlı bir kəndə dönüb. Mehmet Koç həyat hekayəsini anladarkən hazırkı vəziyyətə gəlib çıxacaqlarını təxmin belə etmədiyini deyib: “1975-də Güney Afrikaya getdim. Qayanqçı işlədim. Yavaş-yavaş özümə iş qurdum, emal müəssisəsi açdım. İşçiyə ehtiyacım vardı, kəndlilərimi səslədim ki, gəlin burada birgə çalışaq. Təkcə öz kəndimizdən deyil, başqa kəndlərdən, qəsəbələrdən də həmyerlilərimiz gəldi. Birgə çalışdıq. Dostlarımızdan Güney Afrikada qalanlar da oldu, kəndə qayıdanlar, başqa ölkəyə gedənlər də. Amerikaya da getdilər, Norveçə də. Hamımızın maliyyə vəziyyəti yaxşılaşdı, kasıblıqdan xilas olduq. Aramızda iş adamı olanlar, fabrik sahibi olanlar da var. Amma doğma kəndimizi unutmadıq. Kəndimizin inkişafına pul qoyduq ”, deyib. Mehmet Koç 45 il Güney Afrikada çalışdıqdan sonra doğma kəndinə qayıdıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat