MDB PA müşahidəçiləri parlament seçkisini izləyəcək

Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) müşahidəçiləri Azərbaycanda 2024-cü il sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkini izləyəcəklər.

Axar.az xəbər verir ki, bu barədə məlumatı qurumun mətbuat xidməti yayıb.

Məlumata görə, Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkisini izləyəcək MDB PA-dan olan müşahidəçilər qrupuna Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçov rəhbərlik edəcək.

Onun namizədliyi MDB PA Şurasının iclasında Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko tərəfindən təklif edilib.

Xatırladaq ki, ölkəmizdə parlament seçkiləri 1 sentyabrda keçiriləcək.