Ərimə dəyən güllə...Melaniya Tramp amerikalıları birliyə çağırıb

Əri, ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdindən sonra verdiyi ilk açıqlamada Melaniya Tramp amerikalıları birliyə çağırıb.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Melaniya Tramp X sosial media platformasındakı hesabında açıqlama verib.

“Ərim Donalda dəyən o dəhşətli gülləni görəndə anladım ki, mənim və oğlumuz Barron Trampın həyatı dəhşətli hadisənin astanasındadır”. Melaniya Tramp bu açıqlamadan istifadə edərək ərini qorumaq üçün həyatlarını riskə atmış hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkür edib.

"Ərimi siyasi bir maşın kimi görən bir canavar Donaldın ehtirasını, gülüşünü, yaradıcılığını, musiqiyə olan sevgisini və ilhamını oğurlamağa çalışdı" deyə Melania Trump bildirib. O, ərinin səxavətli və qayğıkeş insan olduğunu bildirib.

Fərqli baxışların, siyasətlərin və siyasi oyunların sevgi ilə müqayisədə əhəmiyyətsiz olduğunu, ailə və sevginin hər şeydən önəmli olduğunu vurğulayan Melaniya Tramp amerikalıları birliyə çağırıb.

Sui-qəsd cəhdi

ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürən keçmiş prezident Tramp Pensilvaniya ştatında keçirilən mitinqdə tribunadan tərəfdarları qarşısında çıxış edərkən silahla hücuma məruz qalıb.

Sağ qulağından yaralanan Trampın səhhətinin yaxşı olduğu bildirilib.

Hücumda mitinqə qatılan 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

ABŞ Məxfi Xidməti mitinq sahəsinin xaricindəki yüksək yerdən kürsüyə qədər dəfələrlə atəş açan hücumçunun zərərsizləşdirildiyini açıqlayıb.

ABŞ Federal Təhqiqat Bürosu (FTB) hücumu sui-qəsd cəhdi kimi qiymətləndirib.

Araşdırmalardan sonra FTB sui-qəsdə cəhd edən və hadisə yerində öldürülən şəxsin 20 yaşlı Tomas Metyu Kruks olduğunu bildirib.