Əhəd Məmmədli: “Özləri də bilmədən Tural bəyin reklamı ilə məşğul olurlar”
Əhəd Məmmədli: “Özləri də bilmədən Tural bəyin reklamı ilə məşğul olurlar”
02:46 16.07.2024
Siyasət
675
“Nərmin xanımın namizədliyi Tural Abbaslının həyat yoldaşı olduğu üçün yox, AĞ Partiyanın İdarə Heyətinin üzvü olduğu üçün verilib”
AĞ Partiyanın sədri Tural Abbaslı və onun həyat yoldaşı Nərmin Abbaslı da parlament seçkilərinə qatılacaq. Məlumata görə, Tural Abbaslı 21 saylı Nəsimi seçki dairəsindən, xanımı Nərmin Abbaslı isə 43 saylı Sumqayıt seçki dairəsindən namizədliklərini irəli sürüblər. Qeyd edək ki, T.Abbaslının qayınatası sabiq deputat İkram İsrafil də yenidən namizədliyini verib. Milli Məclisin 3-cü çağırış deputatı olmuş İkram İsrafil Müsavat Partiyasının üzvüdür. O, 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən namizədliyini irəli sürüb. Məsələ ondadır ki, növbədənkənar seçkilərlə bağlı namizədlərin adları açıqlandıqca, müzakirələr daha səs-küylü olur. Xüsusən, seçki ərəfəsində belə məsələlər daha çox gündəmə daşınır. O baxımdan bu dəfə sosial şəbəkələrin və saytların müzakirə predmeti AĞ Partiyanın sədri Tural Abbaslı və ailə üzvləri olub. Bəziləri tanınmış gənc siyasətçinin həm özünün, həm də qayınatası və həyat yoldaşının növbədənkənar parlament seçkilərində namizəd olmasını birmənalı qarşılamayıb. Əksəriyyət isə bəyan edib ki, yaşı 18-dən yuxarı hər bir ölkə vətəndaşının öz hüquqlarından istifadə etmək səlahiyyəti var. Partiya sədri Tural Abbaslı məsələni “Yeni Sabah”a şərh edərkən deyib ki, qayınatası uzun illərdir Müsavat Partiyasına üzv olub və namizədliyini irəli sürüb. Hətta 2005-2010-cu illərdə millət vəkili olaraq fəaliyyət göstərib. Onun sözlərinə görə, 2010-cu ildən bəri hər ikisi seçkilərdə namizədliklərini irəli sürüblər: "Eyni partiyada fəaliyyət göstərmişik. Ailə həyatı qurandan sonra qayınatam, əvvəl isə partiyadaşım olub. Elə dönəm olub ki, anam da Ağstafa rayonu üzrə seçkilərə qatılıb. Məsələ ilə bağlı qəribə müzakirələr gedir və adam anlamır. Bu gün deputat olmaq, namizədlik vermək bir imtiyaz deyil, əlavə yükdür, problemdir, məsuliyyət götürməkdir". T.Abbaslı qeyd edib ki, siyasətlə məşğul olan şəxslərin hər bir hərəkəti yozulur və müzakirə edilir.
AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli isə "Sherg.az"a bunları deyib:
"Əfsuslar olsun ki, bəzi jurnalistlər şou dalınca qaçır. Elə mövzulara baş vururlar ki, oxucu yığa bilsinlər. Tural Abbaslı kifayət qədər tanınmış, nüfuzlu şəxs olduğu üçün onun barəsində təhrif olunmuş informasiyalar yayırlar. Bizi istəməyən media qurumları, o cümlədən sosial şəbəkələr bunu həvəslə yayırlar. Deyirlər ki, Tural Abbaslının həyat yoldaşı da namizədliyini irəli sürüb. Nərmin xanımın namizədliyi T.Abbaslının həyat yoldaşı olduğu üçün yox, AĞ Partiyanın İdarə Heyətinin üzvü olduğu üçün verilib. Tural bəyin qayınatası isə başqa bir partiyanın üzvüdür. Ondan bizə nə? Sadəcə olaraq bilərəkdən, məqsədyönlü şəkildə bu cür paylaşımlar edirlər. Ancaq hər anti-reklam özü reklamdır. Bununla Tural bəyin adını gündəmə gətirirlər. Seçki öncəsi hər bir siyasətçi istəyər ki, onun adı gündəmdə olsun. Düzdür, bunu edənlərin niyyəti pisdir, amma əslində, özləri də bilmədən reklamla məşğul olurlar. Yenə deyirəm, bunun arxasında qeyri-peşəkarlıq və qərəzli yanaşma durur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə