"Polad müəllim hələ vəzifəsini icra edir. Səfir təklifi gələrsə, fikirlərimi bölüşərəm"
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakı dəqiqləşdikdən sonra onun yerinə göndəriləcək namizədlər haqqında müzakirələr davam edir. Müzakirələr sırasında sabiq xarici işlər naziri Elmar Məmmədyarovun adı da yer alır.
Qeyd edək ki, Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deputatlığa namizəd olub. O, 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizədliyini irəli sürüb.
“Sherg.az” Elmar Məmmədyarovun özü ilə əlaqə saxlayıb.
O bildirib ki, bununla bağlı ona çoxlu zənglər gəlir:
“Amma mənə heç bir təklif gəlməyib. Hörmətli, Polad müəllim hələ vəzifəsini icra edir. Səfir təklif gələrsə, fikirlərimi bölüşərəm. Hələki ortada heç nə yoxdur. Mən Sovet dövründə yaşayan adamam. Hər yerdə yazırdılar ki, “Lenin baba həmişə sağdır”. Amma bu düzgün deyildi. Sözügedən məsələ mümkün olarsa, danışaram”.