Azərbaycanda hava nəqliyyatı ilə beynəlxalq daşımalar kəskin artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda hava nəqliyyatı ilə 2 milyard 224 milyon 517 min ABŞ dolları dəyərində 71 min 321ton yükün daşınması üzrə idxal-ixrac əməliyyatları həyata keçirilib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,2dəfə və 34,9 % çoxdur.
7 ay ərzində hava nəqliyyatı ilə 2 milyard 45milyon 112 min ABŞ dolları (2,4 dəfə çox) dəyərində 7 411 ton (17,4 % çox) yük idxal edilib, 179 milyon 404 min ABŞ dolları (0,5% az) dəyərində 63 min 910 ton (37,3 % çox) yük ixrac edilib.