Türkiyə ordusu İraqda iki PKK terrorçusunu öldürüb

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Hakurk bölgəsində yeni əməliyyat keçirib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, əməliyyat nəticəsində PKK terror qruplaşmasının iki üzvü öldürülüb.
Nazirlikdən bildirilib ki, ən son terrorçu öldürülənə qədər mübarizə davam edəcək.