"Google"yə üsyan edib
Türkiyənin Antalya bölgəsində yaşayan avtobus sürücüsü Barış Özər beynəxalq axtarış sistemi "Google"yə üsyan edib. Məsələ burasındadır ki, Barış Özərin üsyanı xeyirxah əməlinin “səfehlik” kimi qələmə verilməsiylə bağlıdır. Avtobus sürücüsü olan Barış salonda sərnişinlərin unutduqları və ya özlərindən xəbərsz, ehtiyatsızlıqdan yerə saldıqları pul qabı və ya pulları toplayıb sahiblərinə geri qaytarır. Pul qabının içində şəxsiyyət vəsiqələri olduqda Barış həmin adamları axtarıb tapır və pul qablarını onlara geri qaytarır. Sürücü 5 ildir avtobus idarə edir və indiyədək təxminən 30 min lirəyədək pulu sahiblərinə qaytarıb. Bunları sosial mediada paylaşması isə başına “dərd” açıb. Videoları görənlər “səfehsən”, yazaraq onu təhqir ediblər. O qədər belə təhqirlər yazılıb ki, indi kimsə “səfeh sürücü” kəlməsini "Google"yə daxil edirsə, Barış Özərin fotosu çıxır. Barış Özər bununla bağlı "Google"yə üsyan edib. “Səfeh kimi təqdim olunmağım məni çox üzür. Mən xeyirxah iş görürəm. İtirdiklərini insanlara geri qaytarıram. İndiyədək dəfələrlə bu işi həyata keçrimişəm. Amma "Google"də “səfeh sürücü” yazılan kimi mənim adım, şəklim ortaya çıxır. "Google"yə demək istəyirəm ki, mən səfeh deyiləm, xeyirxah insanam. Ağıllı sürücüyəm. Onlarsa bunu başa düşməzlər”.