27 dəvəyə estetik, 16-na isə botoks etdilər
Bu olay müsabiqənin münsiflər heyətini hədsiz əsəbiləşdirib
Onlar süni şəkildə gözəlləşdirilməyə çalışılan dəvələrin sahiblərinə böyük miqdarda cərimə təyin edilməsinə qərar veriblər
Məsəl var, deyirlər, kimin nəyi varsa. Yəni varını verən utanmaz. Dünyanın müxtəlif ölkələrində gözəllik yarışmaları keçirilir, nəinki xanımlar, kişilər də podiuma çıxır artıq. Gözəllik yarışmalarının yasaq olduğu ölkələrsə fərqli əyləncə üsulları seçir. Səudiyyə Ərəbistanında gözəllik yarışması dəvələr arasında keçirilir. Səudiyyənin əsas sərvəti dəvədir, başqa nə edə bilirlər?!. Amma dünyanın hər yerində olduğu kimi Səudiyyə Ərəbistanında da cizgilər deyəsən, həddindən artıq aşılıb. Yarışa qatılacaq dəvələr üzərində estetik əmliyyatlar, hətta botoks da edilir. “Sherg.az” “Milliyet.com.tr”yə istnadən xəbər verir ki, amma Səudiyyə hökuməti süni deyil, təbii gözəlliyə önəm verir və dəvələri süni şəkildə gözəlləşdirməyə çalışanlara yüksək miqdarda cərimələr tətbiq olunur. Hər il Səudiyyə Ərəbistanın paytaxtı ər-Riyadın şimal-şərqindəki səhrada dəvələr arasında gözəllik festivalı düzənlənir. Dəvə yetişdirmək milyonlarla dollar qazanc vəd edən sahə olduğundan ona maraq böyükdür və ölkənin əksər bölgələrində belə festivallar təşkil olunur. Yarışmanın Münsiflər Heyətinin sədri Favzan əl-Madi dəvələrin Səudiyyə Ərəbistanın rəmzi olduğunu söyləyərək bu səbəbdən də müsabiqə iştirakçılarına ciddi şərtlər irəli sürüldüyünü deyib. Müsabiqənin keçirilməsinə 66 milyon dollar vəsait ayrılır və qalib elan edilən dəvələrin sahibinə də böyük miqdarda mükafat verilir. Lakin son illərdə dəvə sahibləri hiyləgərliyə əl atmağa başlayıblar. Baytar həkimlərə müraciət edərək dəvələr üzərində estetik əməliyyatlar gerçəkləşdirir, dəvələrin dodaqlarına, qulaqlarına, çənələrinə gizlicə botoks, dolğu etdirir, dodaqlarını böyüdür, üz dərilərini dartdırır, dəri altına kollagen maye yeridirlər. Son müsabiqələrdə 27 dəvəyə estetik əməliyyat, 16-na isə botoks edildiyi aşkara çıxıb. Bu olay müsabiqənin münsiflər heyətini hədsiz əsəbiləşdirib və onlar süni şəkildə gözəlləşdirilməyə çalışılan dəvələrin sahiblərinə böyük miqdarda cərimə təyin edilməsinə qərar veriblər. 2021-ci ildə keçirilən festivalda 40 dəvəyə müasir texnologiyalar tətbiq edilməklə zahiri görünüşlərinin dəyişdirildiyi müəyyən olunub. Bunu təsdiqləmək üçün dəvələr rentgen və USM aparatları ilə müayinə edilib. Süni dəyişiklik təsdiqlənən dəvələr və onların sahibləri müsabiqədən kənarlaşdırılıb. Müsabiqənin təşkilatçısı olan Dəvə Klubu manipulyasiya ilə məşğul olub dəvələrə işgəncə edənlərə qarşı barışmaz olduqlarını açıqlayıb. Heyvan Haqları Təşkilatı “Peta Asiya”nın başqan yardımçısı Jason Baker isə dəvələrə bu cür müdaxilələri zülüm, onu edənləri isə zalım adlandırıb.