Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasında iştirak etmək və müxtəlif təmaslar aparmaq üçün ABŞ-ın Nyu-York şəhərinə gəlib. Ərdoğanın olduğu təyyarə Con Kennedi Beynəlxalq Hava Limanına enib.
Sherg.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan özəl “CAN” təyyarəsi ilə saat 23.57-də Con Kennedi Beynəlxalq Hava Limanına eniş edib. Prezident Ərdoğanı burada Türkiyənin BMT-dəki daimi nümayəndəsi Əhməd Yıldız, Vaşinqton səfiri Sedat Önal və Nyu-York baş konsulu səfir Muhittin Ahmet Yazal qarşılayıb.
Prezident Ərdoğan və xanımı Əminə Ərdoğan, Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş, Xarici İşlər naziri Hakan Fidan, Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, Xəzinə və Maliyyə naziri Mehmet Şimşək, Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır , Ticarət naziri Ömər Bolat, Milli Kəşfiyyat İdarəsinin direktoru İbrahim Kalın, Prezidentin Kommunikasiyalar üzrə direktoru Fahrettin Altun, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik Baş müşaviri Akif Çağatay Kılıç və bəzi rəsmilər də ABŞ-a gəlib.
Ərdoğan ABŞ-a səfəri çərçivəsində BMT-nin 79-cu Baş Assambleyasına qatılacaq və bəzi danışıqlar aparacaq.