
Ekoloq: Su ehtiyatlarının azalmasına indidən hazırlaşmaq lazımdır
12:59 25.09.2024
Cəmiyyət
825
Hazırda bütün dünyada, o cümlədən ölkəmizdə qlobal iqlim dəyişilmələrinin neqativ təsirləri getdikcə genişlənir. Bu təsirlər arid zonalarada yerləşən ölkələrdə daha çox hiss olunmaqdadır ki, Azərbaycan da həmin ölkələr sırasına daxildir.
Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Zakir Quliyev “Avropa və Mərkəzi Asiya ölkələrinin aqro-ərzaq sektorunda iqlim tədbirlərinin gücləndirilməsi” mövzusunda keçirilən Regional İqlim Konfransında çıxışı zamanı bildirib.
O qeyd edib ki, indiki şəraitdə ekoloji tarazlığın qorunub saxlanılması, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi, suyun, torpağın və atmosferin çirklənmədən mühafizə olunması ümumbəşəri problemə çevrilib.
“Dünyada demoqrafik artımla yanaşı, istehlakın kəskin artması, qlobal istiləşmə, təbii ehtiyatların tükənməsi kimi narahatlıq doğuran məsələlər ətraf mühitlə bağlı təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir. Qlobal ekoloji böhran şəraitində iqtisadiyyat, cəmiyyət və ətraf mühit arasında zəruri balansın saxlanılması yalnız inkişafın yeni, ekoloji təhlükəsiz və iqtisadi baxımdan optimal modelinin formalaşdırılması hesabına ola bilər
Azərbaycanın su ehtiyatları olduqca məhduddur. Çoxillik məlumatlara əsasən, respublikanın yerüstü su ehtiyatları 30 milyard kubmetr təşkil edir. Bu ehtiyatların yalnız 30 faizi ölkə ərazisində formalaşır, 70 faizi isə qonşu ölkələrin ərazilərindən daxil olur. Son illər iqlim dəyişikliklərinin və uzun sürən quraqlıqların təsirindən ölkəmizin əsas su arteriyaları olan Kür və Araz çaylarının axını kəskin surətdə azalır, daxili çayların bir çoxu isə tamamilə quruyur. Belə bir şəraitdə ilin isti aylarında kənd təsərrüfatı bitkilərinin suya olan tələbatı maksimum həddə çatdığından onların suvarma suyu ilə təminatı çətinləşir. Bu problemin həlli mövcud su ehtiyatlarından daha səmərəli istifadə edilməsi, digər tərəfdən qeyri-ənənəvi (yeraltı, kollektor-drenaj, çirkab və tullantı, dəniz) sulardan kənd təsərrüfatı bitkilərinin suvarılmasında istifadə imkanlarının daha ətraflı tədqiq edilməsi zərurətini yaradır. Proqnoz məlumatlara əsasən, ölkə üzrə su ehtiyatlarının 2020-2050-ci illərdə 20-25 faiz, 2070-2100-cü illərdə isə 30-35 faiz azalması gözlənilir”, - deyə o əlavə edib.
Məsələ ilə bağlı danışan ekoloq Rövşən Abbasov "Sherg.az"a bildirib ki, Azərbaycanda su ehtiyyatlarının azalacağı ilə bağlə proqnoz var:

“Ümid edirəm ki, bu proqnoz özünü doğrultmaz. Çünki dünya ölkələri artıq Paris razılaşmaları çərçivəsində özünün töhvə sənədlərində kifayət qədər ciddi dəyişmələr ediblər. Bu mənada Karbon emissiyalarının azalması baş verə bilər. Əgər qarşıya qoyulan məqsədlərə çatılarsa, bu azalma baş verməyəcək. Amma çox güman ki, qarşıya qoyulan məqsədlərə çatmaq çətin olacaq. Bu mənadə su ehtiyatlarının azalmasına indidən hazırlaşmaq lazımdır. İndidən su anbarlarının tutumları artırılmalı və yenilənməlidir. Həmçinin müasir suvarma texnologiyalarına tədricən keçid təşkil edilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
12:49 20.11.2026
Gündəm
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
12:25 20.11.2026
Gündəm
SEPAH: Döyüşə hazırıq, coğrafi məhdudiyyət olmadan vuracağıq
12:15 20.11.2026
Dünya
Şahzadə Harri: Orduya qayıda bilərəm
11:47 20.11.2026
Dünya
Tramp: İran məsələsində tələsmirəm
11:27 20.11.2026
Gündəm
Xroniki tənhalıq demensiya riskini 38 faiz artırır
11:11 20.11.2026
Sağlamlıq
Fransa: Əsgərlərimiz zaman-zaman Ukraynada olub
10:59 20.11.2026
Gündəm
“Yuventus” Makkenninin transferinə icazə vermədi
10:56 20.11.2026
Futbol
Rektor qəzaya düşdü, akademik həyat yoldaşı ölüb
10:16 20.11.2026
Hadisə
Tramp tarixi üçtərəfli sammiti dəyərləndirdi: 10 üzərindən 12 bal
10:02 20.11.2026
Dünya
ABŞ Senatından Trampa İrana hücum dəstəyi gəldi
09:58 20.11.2026
Gündəm
Mossad rəhbəri ABŞ-ı İrana zərbələri bərpa etməyə çağırıb
09:57 20.11.2026
Dünya
Agentliyə yeni şöbə müdiri təyin olunub
09:36 20.11.2026
Elm və Təhsil
Bakıda gənc oğlan dostu tərəfindən bıçaqlandı
09:28 20.11.2026
Hadisə