Rusiyalı general Suriyadakı qarşıdurmada həlak olub

Suriyadakı Rusiya hərbi bazasında xidmət edən general-leytenant Nikolay Mixaylenko Latakiya çölündə baş verən qarşıdurmada həlak olub.

Sherg.az xəbər verir ki, Sevastopol qubernatoru general-leytenant Nikolay Mixaylenkonun öldürüldüyünü, Krımın Sevastopol şəhərində dəfn mərasiminin keçirildiyini açıqlayıb və “Nikolay Mixaylenko Suriya Ərəb Respublikasında xüsusi hərbi missiyalar zamanı həlak olub” deyib.

Rusiya mətbuatı Mixayenkonun Latakiya çölündə İŞİD terror təşkilatının üzvləri ilə münaqişə zamanı qaçırılan bəzi rus əsgərlərinin xilasetmə əməliyyatları zamanı həlak olduğunu bildirib.

2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsində Dəməşq rejiminə dəstək verən Rusiyanın Latakiyadakı Hmeymim Hava Bazasında və Tartusdakı Logistika Dəstək Mərkəzində hərbi varlığı mövcuddur.

LEYTENANT NİKOLAY MİXAYLENKO KİMDİR?

General-leytenant Nikolay Mixaylenko Çerniqovda hərbçi ailəsində doğulub boya-başa çatıb. Uşaqlıqdan hərbi karyera arzusunda idi.

Universiteti müvəffəqiyyətlə bitirdikdən sonra Hərbi Dəniz Qüvvələrində zabit kimi xidmət edib.

Son illərdə Nikolay doğma şəhərində mühazirələr oxuyur, hərbi xidmətlə bağlı bilik və təcrübəsini gələcək zabitlərə ötürürdü; Ona kapitan 1 ali hərbi rütbəsi verilmişdir.