Yüzlərlə həkim və tibb işçisi İran Prezidenti Məsud Pezeşkiana məktub yazaraq ondan həbsdə olan həkim Həmid Qarahəsənli və həyat yoldaşı Fərzanə Qarahəsənlinin azad edilmələrini istəyiblər.
Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məktub müəllifləri azərbaycanlı cütlüyə qarşı irəli sürülən ittihamların və barələrində çıxarılan hökmün ədalətsiz olduğunu bildiriblər.
Qeyd edək ki, 48 yaşlı laboratoriya elmləri üzrə mütəxəssis Fərzanə Qarahəsənli və həyat yoldaşı 56 yaşlı rentgenoloq Həmid Qarahəsənli etiraz aksiyasında iştirak etdiklərinə görə, 2022-ci ilin noyabrın 4-də Kərəc şəhərində saxlanılıblar.
Fərzanə Qarahəsənli barəsində 5 il, həyat yoldaşı barəsində isə 15 il müddətində həbs qərarı çıxarılıb.