Professor Həsən Feyziyev vəfat edib
Yusif Nəzərli
07:08 26.11.2024
Cəmiyyət
725
Alim, Əməkdar müəllim, professor Həsən Feyziyev 88 yaşında vəfat edib.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, H.Feyziyev bu gün səhər saatlarında dünyasını dəyişib.
H.Feyziyev 1936-cı ildə anadan olub. Bakı Energetika Texnikumu və Azərbaycan Neft və Kimya İnstitutunu fərqlənmə ilə bitirib, elmi fəaliyyətini 1969-cu ildə Moskvada VODGEO Elmi-Tədqiqat İnstitutunda müdafiə etdiyi namizədlik dissertasiyası ilə başlayıb. 1980-ci ildə Moskvada doktorluq dissertasiyasını müdafiə edib və 1982-ci ildə professor elmi adına layiq görülüb. AzMİU-nun inkişafında və istilik təchizatı, istilik texnikası sahəsində dünya miqyaslı elmi nailiyyətlərin əldə edilməsində xidmətlər göstərib. O, 1978-ci ildən başlayaraq Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda, daha sonra isə Azərbaycan Memarlıq və İnşaat Universitetində “İstilik təchizatı və istilik texnikası” kafedrasına rəhbərlik edib, 2012-ci ilə qədər bu vəzifədə fəaliyyət göstərib. Onun rəhbərliyi altında həyata keçirilmiş elmi-tədqiqat işləri və layihələr bir çox ölkələrdə tətbiq edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Serbiya parlamentində ikinci gündür yeni sədr seçilə bilmir
23:32 18.11.2026
Dünya
İsrail Qəzzanın mərkəzində əməliyyata başladı
22:54 18.11.2026
Gündəm
Putinlə Trampın görüşü qısa olacaq - Kreml
22:18 18.11.2026
Dünya
Bərdədə piyadanı avtomobil vuraraq öldürüb
21:16 18.11.2026
Hadisə
Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan
21:04 18.11.2026
Cənubi Qafqaz
Milli Məclisin sədri Türkmənistana işgüzar səfərə gedib
20:52 18.11.2026
Siyasət
Paşinyanın ən çətin sınağı başlayır - Elçin Alıoğlu
20:31 18.11.2026
Gündəm
Putinlə Tramp arasında APEC sammitində danışıq baş tutmayıb
20:10 18.11.2026
Siyasət
ÜST-dən SOS - 6 addım 1,6 milyon insanın həyatını xilas edə bilər
19:58 18.11.2026
Aktual
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya