"Suriya Bakıdan çox da uzaqda deyil" - ŞƏRH
Yusif Nəzərli
20:51 07.12.2024
Gündəm
378
Ərşad Salehinin verdiyi açıqlamalar türkmanların Azərbaycan üçün qapılarını açıq saxladıqlarını və müəyyən gözləntilərinin olduğunu göstərir
"Suriyada baş verənlər fonunda Yaxın Şərqdə siyasi xəritənin dəyişə biləcəyi, yeni dövlətlərin, yaxud ən azı özünüidarəetmə çərçivəsində yeni muxtariyyətlərin ortaya çıxacağı görünür. Yaxın Şərqdə iştirakçı ölkələrin hər birinin dəstəklədiyi və maraqlarını onlar üzərindən həyata keçirdiyi yerli faktorlar var".
Sherg.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib. Onun sözlərinə görə, Azərbaycan üçün İraq və Suriyadakı türkmanlar (sayı 5,5 milyondan artıqdır) Yaxın Şərqin dəyişən xəritəsində əsas faktor ola bilər:
"Türk dünyasında ən çox bizə - Azərbaycana yaxınlığı ilə seçilən türkmanlar hələ 90-cı illərdə müstəqilliyin bərpasından sonra Bakı ilə daha sıx yaxınlaşmaq və müəyyən dəstək əldə etmək istəsə də, yeni qurulan və işğalla üzləşən Azərbaycan bunu edə bilmədi. Əvəzində Türkiyə daim türkmanlara dəstək verib. İndi Azərbaycan üçün türkmanları dəstəkləmək və Yaxın Şərqin siyasi xəritəsində iştirak etmək imkanı yaranıb. Bu kontekstdə İraqın Nümayəndələr Şurasının İnsan Hüquqları Komitəsinin sədri, Türkman Cəbhəsi Partiyasının sabiq lideri Ərşad Salehinin Bakıya səfəri xüsusilə əhəmiyyətlidir".
A. Nərimanlı qeyd edir ki, Salehi Bakıda “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda keçirilən konfransa İraq parlamentinin təmsilçisi kimi qatılsa da, verdiyi açıqlamalar türkmanların Azərbaycan üçün qapılarını açıq saxladıqlarını və müəyyən gözləntilərinin olduğunu göstərir:
"Azərbaycan 90-cı illərdə edə bilmədiklərini indi edərsə, bu həm tarixi bağların bərpası, həm də Yaxın Şərq siyasətində aktiv iştirak faktorunun əldə edilməsi baxımından strateji qazanc olar. Tarixi Azərbaycan imperiyasın uzandığı coğrafiyaya və mədəni, din, dil, ənənə bağlarına nəzər saldıqda, bu gün Suriya və İraqın – Yaxın Şərqin Bakıdan çox da uzaqda olmadığı görünür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədən iki şəhər dünya siyahısında yer alıb
14:11 09.12.2025
Maraqlı
Pensiya alanların nəzərinə!
14:10 09.12.2025
Sosial
Afaq Həbibinin “Harmoniya”sı - SOLO SƏRGİ
14:02 09.12.2025
Mədəniyyət
Bratislavada İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib
13:37 09.12.2025
Rəsmi
Böyük Britaniyanın ticarət elçisi Azərbaycana səfər edəcək
13:30 09.12.2025
Siyasət
Salah: Sanki klub məni avtobusun altına atıb
13:26 09.12.2025
Futbol
Nikol Paşinyan Almaniyada səfərdədir
13:23 09.12.2025
Dünya
Sabahın hava proqnozu açıqlanıb
13:10 09.12.2025
Ekologiya
KTMT-dən MDB ilə bağlı qərar
12:57 09.12.2025
Dünya
Bakıda iki gün leysan olacaq - XƏBƏRDARLIQ
12:50 09.12.2025
Ekologiya
Suriyada hərbi fəallıq: Türk ordusu hərəkətə keçdi
12:43 09.12.2025
Dünya
Televiziya rəhbərlərinə seminarlar keçirilməlidir -TƏKLİF
12:30 09.12.2025
Media
Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
12:18 09.12.2025
Cəmiyyət
Əli Əsədov: Hərbi parad şanlı qələbənin təntənəsinə çevrildi
12:04 09.12.2025
Hərbi
Media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır
11:59 09.12.2025
Media
Ehtiyac meyarı artır
11:43 09.12.2025
İqtisadiyyat