Rusiya Suriyadakı hərbi birləşmələrini təxliyə edir.
Sherg.az "TheKyivIndependent"-ə istinadən xəbər verir ki, hərbi kəşfiyyat mənbələri Suriyada baş verən hadisələr fonunda Rusiyanın öz qoşunlarını təxliyə etməyə başladığını bildirir.
Mənbə bildirir ki, hərbi təyyarələr, o cümlədən An-124 və İl-76 təyyarələri Rusiyanın Ulyanovsk, Çkalovski və Privoljski aerodromlarına canlı qüvvə və texnika daşımaqda davam edir.