İngiltərə Baş nazirliyi mənbələri Suriyanın devrilmiş lideri Bəşər Əsədin Britaniya vətəndaşı olan həyat yoldaşı Esma Əsədin səyahət sanksiyalarına məruz qalan şəxs olduğunu və Böyük Britaniyaya daxil ola bilməyəcəyini bildirib.
Sherg.az xəbər verir ki. İngiltərə mətbuatında yer alan xəbərə görə, Esma Əsəd xərçəng xəstəliyindən müalicə olunur və sağ qalma şansı yüzdə 50-dir.
Əsədin həyat yoldaşından boşanaraq İngiltərəyə müalicə üçün qayıtmaq niyyətində olduğu iddia edilərkən, Londonda özəl klinikası olan atası Fəvaz Akhrasın qızına dəstək olmaq üçün İngiltərədən Rusiyaya getdiyi iddia edilir.