
ABŞ-Aİ münasibətlərində sarsılma: Gedişat Trampın qərarlarından asılı olacaq
13:32 22.01.2025
Dünya
733
Avropa Birliyinin (AB) Komissiyasının rəhbəri Ursula fon der Leyen, Avropa Birliyinin ABŞ-la sıx əməkdaşlıq etməyə can atdığını bəyan edib. O, bu əməkdaşlığın vacibliyini vurğulayaraq, ABŞ ilə əlaqələrin möhkəmləndirilməsinin həm AB, həm də qlobal səviyyədə strateji önəm kəsb etdiyini qeyd edib. Eyni zamanda, Leyen AB-nin öz əsas dəyərlərini qorumağa davam edəcəyini və bu məqsədlə bütün vasitələrdən istifadə etməyə hazır olduğunu vurğulayıb.
Siyasi şərhçi Elmir Səftərov “Sherg.az”a söyləyib ki, Avropa İttifaqı (Aİ) Donald Trampın yeni administrasiyası ilə ABŞ-la olan etimad zəncirini yenidən bərpa etmək, növbəti dörd il ərzində Vaşinqtonla əlaqələri yeni müstəviyə çıxarmaq üçün çalışacaq:

“Aİ bir tərəfdən ABŞ-la praqmatik davranmağa səy göstərir, digər tərəfdən öz maraqlarını qorumağı hədəfləyir. İkinci Dünya müharibəsindən sonra formalaşmağa başlayan cari ABŞ-Avropa münasibətləri Donald Tramp hakimiyyətə gələndən sonra sarsılmağa başladı. Qlobal güclərin fikir ayrılıqları, iqtisadi çətinliklər isə bloklar arasındakı ziddiyətləri dərinləşdirdi. Seçki kampaniyası zamanı D.Trampın xarici mallara bütövlükdə tariflər tətbiq edəcəyi və Ukraynaya yardıma ciddi şəkildə yenidən baxacağı ilə bağlı iddialı çıxışları Avropa blokunda narahatlıqla qarşılandı. Çünki Avropa İttifaqı ətrafındakı ölkələr var gücləri ilə Ukraynanı dəstəkləyirlər. Bayden hökumətindən fərqli olaraq Respublikaçıların əks addımı atması tərəflərin münasibətlərində etimadı zədələyəcək. Sıx bağlı iqtisadi əlaqələri olan Aİ və ABŞ ən yaxın tərəfdaşlardan olsa da, proseslərin gedişatı Trampın atacağı addımlardan asılı olacaq. Halbuki Avropa ölkələri ənənəvi əlaqələri dəstəkləyir və ABŞ-ın təhlükəsizlik çətirindən bundan sonra da faydalanamaq istəyir. Lakin Ukraynaya dəstək verilməsi barədə fikir ayrılıqları Aİ-nin uzun müddətdir davam edən siyasəti ilə birbaşa ziddiyyət təşkil edir. ABŞ prezidentinin bir daha imtina etdiyi Paris iqlim razılaşması da tərəflər arasında anlaşılmazlıqlardan biridir. Ümumilikdə isə Aİ-i bütün ziddiyyətlərə rəğmən yeni hakimiyyətlə həddindən artıq ehtiyatlı davranır və Vaşinqtonla erkən təmaslar üçün çalışır”.
Ekspert qeyd edib ki, əgər ABŞ Aİ-yə sanksiyalar, ixrac nəzarəti və tariflər tətbiq edərsə, bu, geostrateji rəqabətin yeni dövrünün başlanğıcı sayılacaq:
“Avropadakı çoxsaylı problemləri, iqtisadi durğunluğu artıracaq, oranı demoqrafik təhlükə qarşısında qoyacaq. Bu da yeni əməkdaşlıq əlaqələrinin yaradılmasına gətirib çıxara bilər ki, Çin, Hindistan və digər bölgələr əsas prioritetlər sırasındadır. Öz təhlükəsizliyini xarici resurslara, Rusiyadan gələn ucuz enerjiyə həvalə edən Avropa üçün artıq o günlər geridə qaldı. Ona görə Avropa ölkələri yeni istiqamətlər üzərində çalışaraq, Çinə qarşı siyasətdə yanaşmaları yumşaltmağa başlaycaqlarını da ehtimal etmək olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə meşə yanğını: evlər boşaldılır
22:11 28.08.2026
Dünya
ABŞ-da “ABŞ Kosmik Akademiyası” yaradılacaq
21:50 28.08.2026
Dünya
Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra öldü
21:28 28.08.2026
Hadisə
Türkiyə səfirliyində Zəfər bayramı qeyd edildi
21:04 28.08.2026
Siyasət
Putin Ərdoğanla görüşəcək
20:35 28.08.2026
Gündəm
Nepalda güclü daşqınlar: ölənlərin sayı 500-ü keçdi
20:11 28.08.2026
Dünya
Sərnişin "Əhmədli" stansiyasında qatar yoluna düşdü
19:55 28.08.2026
Hadisə
Polşa səfiri XİN-ə çağırılıb, etiraz notası təqdim edilib
19:49 28.08.2026
Gündəm
Paşinyan Rusiyanın Ermənistandakı “DAYAQLARINI” SÖKÜR - TƏHLİL
19:33 28.08.2026
Gündəm
İstanbulda avtobus divara çırpılıb, 17 nəfər yaralanıb
19:11 28.08.2026
Gündəm
"Qarabağ"ın yeni transferlərə ödədiyi məbləğ...
19:03 28.08.2026
Futbol
Konfrans Liqasının püşkü atılıb
18:55 28.08.2026
Futbol
Rusiya müharibədən çəkilərsə, Putin hakimiyyətini itirəcək - ŞƏRH
18:47 28.08.2026
Gündəm
Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edib
18:40 28.08.2026
Sosial
Sumqayıtda mənzildə meyit aşkarlandı
18:15 28.08.2026
Hadisə
Müctəba Xamenei ilə bağlı yeni xəbər yayıldı
17:51 28.08.2026
Dünya