
Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
04:48 06.02.2025
Gündəm
584
Baş nazir yenidən müharibə-müharibə oynamq fikrinə düşübsə, onda bu dəfə onlayn yox, canlı təslimçi sazişə imza atmalı olacaq
Ermənistanın sürətlə silahlanması regionda sülhə əsas təhdidlərdən biridir. Ermənistan ümumdaxili məhsula nisbətdə hərbi xərcləri böyük olan ölkələr sırasında ilk yerlərdədir. 2025-ci il üçün Ermənistanın hərbi xərcləri 1.7 mlrd dollardan çox olması nəzərdə tutulub, bu isə ÜDM-in 5 faiz həcmindədir. Təhlillər göstərir ki, Ermənistanın hərbi xərcləri daha çoxdur. 2024-cü ilin iyunun 17-də Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı tərəflər 36 ədəd “SEZAR” özüyeriyən artilleriya kompleksinin alınmasına dair müqavilə imzalayıblar.
Bu sistemlərin hər birinin qiyməti 5,5 milyon avrodur. İrəvan bu sistemlər üçün 36 artilleriya sistemi və 155 mm-lik mərmi əldə edərək nə az, nə çox, 200 milyon avro xərcləyib. Fransa Ermənistanla gələcəkdə “Mistral” qısa mənzilli hava hücumundan müdafiə sisteminin alınması ilə bağlı müqavilə imzaladığnı nəzərə alsaq, arasında silahların alınması ilə bağlı müqavilələr 400 milyon avrodan artıq olacağını söyləyə bilərik.

Siyasi şərhçi Zaur İbrahimli "Sherg.az"a deyib ki, Ermənistan 600 milyon dollarlıq silah sifarişi ilə Hindistanın bir nömrəli silah idxalçısına çevrilib. Hələ İrandan gizli silahlanma ilə bağlı məlumatlar da var. Ekspertin sözlərinə görə, Ermənistan sanki, sülhə yox, yeni müharibəyə hazırlaşır: "İntensiv şəkildə fortifikasiya qurğuları, hərbi təchizatı genişləndirir, xarici ölkələrlə birgə təlimlər təşkil edir. Ermənistanın bu siyasəti bilavasitə revanşa hazırlaşmaqdır. Sadəcə bu revanişist siyasət sülh çağırışları ilə pərdələnir. Fransanın himayəsi ilə sürətli silahlanma Ermənistanı region ölkələri üçün təhdid mənbəyi olaraq qalmasına hesablanıb və İrəvandan xarici maraqların icraçısı statusunda istifadə edirlər. Prezident İlham Əliyev yanvarın 7-də Azərbaycan TV-lərinə müsahibəsində açıq şəkildə bəyan etdi ki, Ermənistanın sürətlə silahlanması hazırda sülhə ən böyük əngəldir. Bu silahlanma siyasəti sülh gündəliyinə ziddir və daha çox xarici ölkələrin maraqlarına hesablanıb. Buna görə, Ermənistan silahlanmaya son qoymalıdır, Ermənistana verilən silahlar geri qaytarılmalıdır. Yalnız bu halda Ermənistanın sülh gündəliyində qaldığını söyləmək olar. Paşinyan silahlı geri verməklə, silahlanmaya son qoymaqla gerçəkdən sülhə can atdığını nümayiş etdirməlidir. Yox əgər Ermənistanın Baş naziri yenidən müharibə-müharibə oynamq fikrinə düşübsə, onda bu dəfə onlayn yox, canlı təslimçi sazişə imza atmalı olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya