HƏMAS ərəb dövlətlərini təcili toplaşmağa çağırdı
Yusif Nəzərli
16:18 06.02.2025
Dünya
310
Fələstinin HƏMAS hərəkatı ABŞ Prezidenti Donald Trampın son bəyanatlarından sonra ərəb liderlərini Qəzza zolağındakı vəziyyətlə bağlı təcili toplantı keçirməyə çağırıb.
Teleqraf xəbər verir ki, HƏMAS nümayəndəsi Hazem Qasemin müvafiq bəyanatı hərəkatın teleqram kanalında yerləşdirilib.
"Biz Trampın bəyanatlarını qətiyyətlə rədd edirik. Qəzza yalnız onun sakinlərinə məxsusdur və onlar oranı tərk etməyəcəklər. Bununla əlaqədar biz ərəb ölkələrinin başçılarından təcili toplantı keçirməyi və fələstinlilərin zorla çıxarılması planlarına qarşı çıxmaq yollarını müzakirə etməyi tələb edirik", - Qasem belə deyib.
O, həmçinin bütün Fələstin fraksiyalarının nümayəndələrini köçkünlük cəhdlərinə müqavimət göstərmək üçün birləşməyə çağırıb.
Xatırladaq ki, fevralın 4-də Donald Tramp Ağ Evdə danışıqlardan sonra Benyamin Netanyahu ilə birgə mətbuat konfransında Vaşinqtonun Yaxın Şərqdə sülhün bərqərar olması naminə onu inkişaf etdirmək üçün Qəzza zolağına uzunmüddətli sahiblik etməyi nəzərdən keçirdiyini bildirib. Ərəb ölkələri, İran və bir sıra Qərb dövlətləri Trampın bu ideyasına qarşı çıxıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi