Rusiya bizi qurban verəcək - Mütəhhəri

Rusiya Ukrayna ilə bağlı ABŞ-la razılaşmaq və tətbiq edilən sanksiyaların ləğvinə çalışır.

Axar.az xəbər verir ki, bunu İran parlamenti sədrinin sabiq müavini Əli Mütəhhəri deyib.

“Rusiyanın ABŞ-ın tələbi ilə sanksiyalardan və Ukraynadakı müharibədən yan keçmək üçün ona yardımçı olan İranı Suriyada olduğu kimi qurban verməsi mümkündür”, - o bildirib.

Qeyd edək ki, Əli Mütəhhəri bundan əvvəl də İran hakimiyyətinin Rusiyaya inanmasının təhlükəli nəticələri barədə bəyanatlar səsləndirib.