Avropada elektrik avtobusları artır: Qanunlar təsir etdi
10:06 11.03.2025
Gündəm
418
5 il ərzində qitədə bütün avtobuslar elektriklə işləyəcək
Ekoloji cəhətdən təmiz nəqliyyat həllərində dönüş nöqtəsi yaşayan Avropada 2024-cü ildə satılan şəhər avtobuslarının yüzdə 49-unun sıfır emissiya olduğu açıqlanıb. Transformasiya bu sürətlə davam edərsə, beş il ərzində qitədəki bütün avtobusların elektriklə işləyəcəyi təxmin edilir.
Sherg.az xəbər verir ki, İl ərzində satılan şəhər ictimai nəqliyyat avtobuslarının 49 faizi sıfır emissiyalı nəqliyyat vasitələri olub. Bunların əksəriyyəti, 46 faizlə elektrik avtobusları, hidrogen yanacağı ilə işləyən avtobuslar isə 3 faiz daha kiçik paya malik olub.
Qanunlar öz təsirini göstərdi
Bu transformasiyanın arxasında Avropa Yaşıl Sövdələşmə və şəhər səviyyəsində sıfır emissiya zonaları kimi siyasət təşəbbüsləri dayanır. Şəhərlərdə dizel və benzinlə işləyən nəqliyyat vasitələrinin məhdudlaşdırılması bələdiyyələri və nəqliyyat operatorlarını ekoloji cəhətdən təmiz həll yollarına sövq edib. Mütəxəssislərin fikrincə, bu artım tempi davamlı olaraq davam edərsə, 2027-ci ilə qədər bütün şəhər avtobuslarının emissiyasız olması mümkündür. Daha da skeptik analitiklər vurğulayırlar ki, Aİ 2030-cu ilə qədər ictimai nəqliyyatda emissiyaları sıfırlamaq məqsədinə nail ola bilər.
Ölkəyə görə fərqlər var
İtaliya və İspaniya kimi ölkələr bu dəyişikliyi qəbul etməkdə daha yavaş olsa da; Hollandiya, Finlandiya, Danimarka və Norveç özlərinin sıfır emissiyalı ictimai nəqliyyat hədəflərinə daha tez nail olublar.
Polşa, Macarıstan, Litva və Yunanıstan kimi ölkələrdə transformasiya çox ləng gedir. Bunun maliyyə məhdudiyyətləri və infrastruktur çatışmazlıqları ilə bağlı olduğu düşünülür. Ekspertlər bu üzvlərin də Aİ fondlarından faydalanacağını və gələcəkdə transformasiya prosesini sürətləndirəcəyini proqnozlaşdırırlar.
Daha təmiz və sakit şəhərlər
Sıfır emissiyalı avtobusların geniş istifadəsi karbon emissiyalarını azaltmaqla yanaşı, şəhərlərdə daha sakit, təmiz hava mühitinin yaradılmasına kömək edir. Elektrikli avtobusların səssiz işləməsi və onların mədən yanacaqlarından istifadə etməməsi həm ekoloji, həm də sosial faydaları artırır.
Bu inkişaflar Avropanın nəqliyyatda dayanıqlılığa üstünlük verən siyasətinin uğurlu nəticəsi kimi qiymətləndirilir. Sıfır emissiyalı avtobusların qiyməti azaldıqca və enerji doldurma infrastrukturu yaxşılaşdıqca bu transformasiyanın daha da sürətlənəcəyi gözlənilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransada iğtişaşlar zamanı 2700 nəfər saxlanıldı
20:25 22.10.2026
Dünya
Rusiya və Ukrayna bu məsələdə razılaşdı - Vens
20:17 22.10.2026
Aktual
ABŞ Estoniyaya HIMARS raketləri göndərdi
20:00 22.10.2026
Gündəm
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya
Bakı ilə sülh olmadan sərhəd açılmayacaq - Hasan Oktay
18:25 22.10.2026
Cənubi Qafqaz
Türkiyədə Hüseyn Cavidin “Pyeslər” kitabı nəşr olundu
18:12 22.10.2026
Ədəbiyyat
Birgə məlumat: 25 il əvvəl törədilmiş qətlin üstü açıldı
18:10 22.10.2026
Hadisə
Albaniya parlamentində deputatlar arasında əlbəyaxa dava düşüb
17:52 22.10.2026
Dünya
Ekoloji cinayətlərə görə İrəvan məsuliyyət daşımalıdır - ŞƏRH
17:50 22.10.2026
Gündəm
Keyt Middlton iş başında: Tacını çıxardı, dəbilqəsini taxdı
17:40 22.10.2026
Dünya
Ukrayna əhalisinin sayı 28,5 milyon nəfərə düşdü
17:04 22.10.2026
Dünya
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq