Qalib Azərbaycanın istəkləri ön plana çıxmayacaqsa, sülh nəyə lazımdır?! -ŞƏRH
12:11 26.05.2025
Aktual
488
“Ermənistan Azərbaycanla sülh sazişini imzalamağa hazırdır”. Bu bəyanat Ermənistanın Baş naziri Nikol Paşinyana məxsusdur. O, beynəlxalq “İrəvan Dialoqu” forumunda çıxışı zamanı bildirib ki, Bakı ilə sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair saziş layihəsi yekunlaşdırılıb və İrəvan artıq sənədi imzalamağa hazırdır. Paşinyanın sözlərinə görə, danışıqlar başa çatıb və o, şəxsən sənədi imzalamağa hazır olduğunu bəyan edib.
Lakin eyni forumda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fərqli tonda danışıb. O, bildirib ki, Ermənistanla Azərbaycan arasında sülhə nail olmaq asan deyil və bu, uzunmüddətli prosesdir. Mirzoyanın fikrincə, sülhə yalnız cəsarətli diplomatiya, qarşılıqlı anlaşma və etimad yolu ilə nail olmaq mümkündür. O, həmçinin Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışdığını, suverenlik və ərazi bütövlüyünə hörmət prinsiplərini qəbul etdiyini deyib.
Təsadüfi deyil ki, rəsmi İrəvanın bu kimi açıqlamaları tez-tez söz və əməldə ziddiyyət təşkil edir. Müxtəlif səviyyəli rəsmilərin bir-birini təkzib edən bəyanatları, əsassız iddialar və real addımların atılmaması Ermənistanın sülhə dair verdiyi vədlərin nə dərəcədə etibarlı olduğunu sual altına alır.
Politoloq Əhəd Məmmədli Sherg.az-a söyləyib ki, Paşinyan hər zaman deyir ki, biz "xülya" Ermənistandan real Ermənistana keçməliyik. Ona görə də hər vəchlə 29 min kvadratkilometr ərazini qorumaq şərti ilə Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyir:
"Ermənistan çalışır ki, Göyçə, Qərbi Azərbaycan, Zəngəzur mövzusu arxa plana keçsin və unudulsun. Azərbaycan tərəfi buna getməməlidir. Rəsmi Bakının konkret şərtləri var: Minsk qrupunun buraxılması, Ermənistanın konstitusiyasının dəyişilməsi. Paşinyan deyir ki, ATƏT-in Minsk qrupunu sülh müqaviləsinin imzalanması ilə bağlı buraxacağıq. Ermənistan yalnız məsələni uzatmaqla məşğuldur. Əgər diplomatik masada qalib Azərbaycanın istəkləri ön plana çıxmayacaqsa, sülh nəyə lazımdır?! Bir sıra qüvvələr deyirlər ki, əsas odur, Qarabağı almışıq, sülh imzalayaq. "Yenidən müharibə və ya Avropa, İran, Rusiya kimi dairələri qarşımıza almağa ehtiyac yoxdur". Lakin nəzərə almalıyıq ki, qarşıdakı dönəmdə Paşinyan iqtidarı dəyişsə, heç kim zəmanət vermir ki, yeni hakimiyyət Azərbaycana qarşı ərazi iddiası irəli sürməyəcək. O zaman 1988-ci ildəki vəziyyət təkrarlanacaq"?!
Politoloq vurğulayıb ki, İrəvandan maksimum istəklərimizi almalıyıq ki, 40-50 il əvvələ qayıtmaq əvəzinə, üstünlüyümüzü qoruyaq. Nəticə etibarilə, Ermənistan hər şeyi yenidən başlatmaq niyyətində, iştahında olmamalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya