Analitik: Rusiya yenidən Türkiyənin vasitəçilik missiyasını öz üzərinə götürməsində maraqlıdır
13:01 26.05.2025
Dünya
449
Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün, mayın 26-da Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Bu barədə Türkiyə XİN-dən TASS-a məlumat verilib. Türkiyə xarici işlər nazirinin bu gün Rusiya prezidentinin köməkçisi Vladimir Medinski və Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinlə də görüşü gözlənilir. Səfər çərçivəsində Hakan Fidan və rusiyalı həmkarı Sergey Lavrov mayın 27-də Suriya, Ukrayna, Liviya, Cənubi Qafqaz və Qara dəniz regionunda vəziyyətə xüsusi diqqət yetirməklə, regional məsələlər ətrafında fikir mübadiləsi aparacaq. Həmçinin hazırkı şəraitdə ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsi perspektivləri də müzakirə olunacaq. Türkiyə və Rusiya xarici işlər nazirləri yüksək səviyyələrdə ikitərəfli təmasların cədvəlini nəzərdən keçirəcəklər. Hakan Fidan 26-27 may tarixlərində Rusiyada səfərdə olacaq.
“Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli Sherg.az-a bildirib ki, hazırda Rusiyanın təklənmə prosesinə yenidən başlandığı görünür:
Çünki Rusiya və Amerika Birləşmiş Ştatları arasında Ukrayna savaşının dayandırılması prosesi üzrə anlaşma mümkün olmadı və bu proses getdikcə qəlizləşir. Belə olan halda Rusiyaya yeni vasitəçi lazımdır. Kreml üçün sülh danışıqlarının nəticə verməsə belə, davam etməsi lazımdır. Rusiya bununla həm neoimperializm hədəflərinə doğru irəliləmək, həm də sülh şərtlərini özünün maraqları çərçivəsində danışıqlar prosesi üzərindən bütün dünyaya diktə etmək niyyətindədir. Rusiyanın bu taktikası sülh sazişindən daha çox Ukraynaya kapitulyasiya aktının imzalanmasına hesablanıb. ABŞ hazırda iki ölkə arasında vasitəçi olmaqdan imtina etdiyinə görə sülh prosesinin davam etmək ehtimalı zəifləyib. Belə bir situasiyada Rusiyaya Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq olduqca vacibdir. Rusiya Türkiyəni Ukrayna savaşının dayandırılması prosesi üzrə ən optimal vasitəçi kimi görür. Çünki Türkiyənin həm Ukrayna, həm də Rusiya ilə münasibətləri yaxşıdır. İstanbul Rusiya üçün sülh danışıqlarının davam etdirilməsi baxımdan ən uğurlu məkan sayılır. Vaxtı ilə İstanbulda Ukrayna ilə Rusiya arasında sülh sazişi imzalanmaq üzrə idi. Amma Qərbin rəsmi Kiyevə təzyiqləri nəticəsində bu baş vermədi. İndi Rusiya yenidən Türkiyənin vasitəçilik missiyasını öz üzərinə götürməsində maraqlıdır. Rusiya Prezident Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana zəng edərək məsələylə bağlı xahiş də edib. Həm Kreml, həm Türkiyə, həm də böyük ehtimal ilə Ukrayna bu prosesin dayanması ilə bağlı danışıqların davam etdirilməsində maraqlıdırlar”.
Ekspert qeyd edib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın Rusiyaya səfər etməsi vacib bir prosesin başlanğıc ərəfəsindən xəbər verir:
“Hakan Fidan və Vladimir Putin arasında əsas müzakirə mövzusu Türkiyənin Ukrayna savaşı ilə bağlı vasitəçilik missiyası ola bilər. Digər tərəfdən Rusiyanın iqtisadi və ticari maraqlarının da müzakirə mövzusu olması mümkündür. Çünki Türkiyə hazırda Rusiya üçün beynəlxalq və dünya bazarlarına çıxış baxımından əsas pəncərə rolunu oynayır. Eyni zamanda Türkiyə və Rusiya arasında da iqtisadi, ticari münasibətlər yüksək səviyyədədir. Yaxın vaxtlarda Rusiyanı olduqca ağır iqtisadi və maliyyə sankiyaları gözləyir. ABŞ bu məsələdə Avropa Birliyi ilə ortaq qərarlar qəbul edə bilərlər. Ona görə də Rusiya üçün Türkiyə ilə iqtisadi, ticari münasibətlərin daha strateji səviyyəyə qaldırılması olduqca vacibdir. Suriya mövzusu da Rusiya və Türkiyə arasında müzakirə olunacaq məsələdir. Halbuki Suriya məsələsində Rusiya və Türkiyə arasında kifayət qədər ciddi ziddiyyətlər mövcuddur. Rusiya hələ də devrilən Əsədin arxasında dayandığını biruzə verir. Türkiyə isə Əsəd rejiminin devrilməsində xüsusi rol oynayıb və indiki yeni hökumətin dəstəkçiləri sırasında ön planda yer alır. Eyni zamanda Rusiyanın Suriyada hərbi bazaları var. Türkiyə Suriyada hərbi baza yaratmaq niyyətini ortaya qoyur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya