Yol polisi motokuryerlərə nəzarəti gücləndirib
11:10 08.07.2025
Cəmiyyət
437
Motokuryerlərin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması və qəzaların sayının minimuma endirilməsi məqsədilə polis əməkdaşları tərəfindən mütəmadi olaraq nəzarət-profilaktik işlər aparılır.
DİN-in Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələrini idarə edən sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması, sürət həddinin aşılması, təhlükəli manevrlər, işıqforun qırmızı işığında keçmə və digər qayda pozuntularına qarşı nəzarət gücləndirilib.
Bildirilib ki, keçirilən tədbirlərlə özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan sürücülər saxlanılır, onlarla profilaktik söhbətlər aparılır, mövcud qanunvericiliyin tələbləri barədə məlumatlar verilir, etdikləri qanun pozuntusunun digər vətəndaşlara yaratdığı çətinliklər izah olunmaqla bu halın yaratdığı təhlükələr onların diqqətinə çatdırılır.
“Bir daha motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələrini idarə edən sürücülərə müraciət edərək, onları təhlükəsizlik qaydalarına ciddi riayət etməyə, özlərinin və başqalarının həyat və sağlamlığına təhlükə yaratmamağa çağırırıq”, - qeyd olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə